×

النحل

Ayə 108

Muxtəsər təfsir

أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ طَبَعَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمْ وَسَمْعِهِمْ وَأَبْصَـٰرِهِمْ ۖ وَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْغَـٰفِلُونَ ﴿١٠٨﴾

İman etdikdən sonra İslamdan dönüb mürtəd olanlar, Allahın, qəlblərini, qulaqlarını və gözlərini möhürlədiyi kimsələrdir ki, onlar öyüd-nəsihət anlamaz, haqqı eşidib ondan faydalanmaz və Allaha iman etməyə dəlalət edən açıq-aydın möcüzələri görüb iman gətirməzlər. Məhz belə kimsələr, xoşbəxtlik və səadət səbəblərindən və Allahın onlar üçün hazırladığı əzabdan əsl qafil­ olan kimsələrdir!