Muxtəsər təfsir
وَلَقَدْ نَعْلَمُ أَنَّهُمْ يَقُولُونَ إِنَّمَا يُعَلِّمُهُۥ بَشَرٌ ۗ لِّسَانُ ٱلَّذِى يُلْحِدُونَ إِلَيْهِ أَعْجَمِىٌّ وَهَـٰذَا لِسَانٌ عَرَبِىٌّ مُّبِينٌ ﴿١٠٣﴾
Biz müşriklərin: "Quranı Muhammədə (sallallahu aleyhi və səlləm) bir insan öyrədir!" – dediklərini bilirik. Halbuki onlar ortaya atdıqları bu iddialarında yalançıdırlar. Peyğəmbərə Quranı öyrətdiyini istinad etdikləri şəxsin dili əcnəbi dildir. Bu Quran isə açıq-aydın, bəlağətli və fəsahətli ərəb dilində nazil edilmişdir. Axı belə olduğu təqdirdə, onlar, Peyğəmbərə (sallallahu aleyhi və səlləm) Quranı bir əcnəbi öyrətdiyini necə iddia edirlər?!