Muxtəsər təfsir
وَمَا خَلَقْنَا ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَآ إِلَّا بِٱلْحَقِّ ۗ وَإِنَّ ٱلسَّاعَةَ لَـَٔاتِيَةٌ ۖ فَٱصْفَحِ ٱلصَّفْحَ ٱلْجَمِيلَ ﴿٨٥﴾
Biz göyləri, yeri və onların arasında olanları heç bir hikmətsiz, boş yerə yaratmadıq. Biz bütün bunların hamısını yalnız haqq ilə yaratdıq. O saat mütləq gələcəkdir, bu barədə əsla şəkk-şübhə ola bilməz. Ey Peyğəmbər! Odur ki, səni yalan sayanlardan üz çevir və onları gözəl tərzdə bağışla!