×

الحجر

Ayə 81

Muxtəsər təfsir

وَءَاتَيْنَـٰهُمْ ءَايَـٰتِنَا فَكَانُوا۟ عَنْهَا مُعْرِضِينَ ﴿٨١﴾

Biz onlara Salehin həqiqətən də Allah tərəfindən göndərilən bir elçi olduğuna dəlalət edən ayələr və dəlillər verdik. Bunlardan biridə göndərdiyimiz dişi dəvə idi, lakin onlar bu ayələr və dəlillər­dən düşünüb öyüd-nəsihət almadılar və bunlar barədə heç düşünmədilər.