Muxtəsər təfsir
قَالُوا۟ بَشَّرْنَـٰكَ بِٱلْحَقِّ فَلَا تَكُن مِّنَ ٱلْقَـٰنِطِينَ ﴿٥٥﴾
Mələklərdən olan elçilər İbrahimə dedilər: "Biz sənə heç bir şəkk-şübhə olmayan həqiqətlə müjdə veririk. Səni müjdələdiyimiz şey barədə əsla ümidsizliyə qapananlardan olma!".