×

الحجر

Ayə 52

Muxtəsər təfsir

إِذْ دَخَلُوا۟ عَلَيْهِ فَقَالُوا۟ سَلَـٰمًا قَالَ إِنَّا مِنكُمْ وَجِلُونَ ﴿٥٢﴾

Onlar İbrahimin yanına daxil olduqda ona: "Sənə salam olsun!" – de­di­lər. İbrahim də onlara daha gözəl bir şəkildə salam qaytardı və onların bəşər övladından olduqlarını zənn edərək onların yemələri üçün onlara qızarmış bir buzov gətirdi. İbrahim də qonaqların yeməyə əl uzatmadıqlarını görüb dedi: "Doğrusu, biz sizdən qorxuruq!".