Muxtəsər təfsir
سَرَابِيلُهُم مِّن قَطِرَانٍ وَتَغْشَىٰ وُجُوهَهُمُ ٱلنَّارُ ﴿٥٠﴾
Ey Peyğəmbər! O gün yer başqa bir yerlə göylər də başqa göylərlə dəyişdiriləcəkdir. Kafirlərin və müşriklərin bəzisini bəzilərinə bağlandığını görəcəksən. Əlləri və ayaqları boyunlarında zəncirlərlə qandal vurulacaqdır. Əyinlərinə getdikləri paltarlar isə qatrandan olacaqdır (qatran alışqan maddədir). Cəhənnəm odu onların üzünü yandıracaqdır.