Muxtəsər təfsir
وَسَكَنتُمْ فِى مَسَـٰكِنِ ٱلَّذِينَ ظَلَمُوٓا۟ أَنفُسَهُمْ وَتَبَيَّنَ لَكُمْ كَيْفَ فَعَلْنَا بِهِمْ وَضَرَبْنَا لَكُمُ ٱلْأَمْثَالَ ﴿٤٥﴾
Allaha küfr etməklə özlərinə zülm edən Hud və Saleh qövmü kimi keçmiş ümmətlərin diyarlarında sakin oldunuz. Onları necə məhv etdiyimiz sizə aydın oldu. Öyüd-nəsihət almanız üçün sizə Allahın Kitabda bir çox misallar da çəkdik. Amma siz isə bundan öyüd-nəsihət almadınız.