Muxtəsər təfsir
ٱلَّذِينَ ءَامَنُوا۟ وَتَطْمَئِنُّ قُلُوبُهُم بِذِكْرِ ٱللَّهِ ۗ أَلَا بِذِكْرِ ٱللَّهِ تَطْمَئِنُّ ٱلْقُلُوبُ ﴿٢٨﴾
Uca Allahın hidayət bəxş etdiyi kimsələr, Ona iman edən, Allahın şəninə həmd-sənalar edərək Onu zikr etdikdə, Onun kitabını oxuduqda və ya oxunduğu zaman onu dinlədikdə qəlbləri rahatlıq tapan kimsələrdir. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar!