Muxtəsər təfsir
جَنَّـٰتُ عَدْنٍ يَدْخُلُونَهَا وَمَن صَلَحَ مِنْ ءَابَآئِهِمْ وَأَزْوَٰجِهِمْ وَذُرِّيَّـٰتِهِمْ ۖ وَٱلْمَلَـٰٓئِكَةُ يَدْخُلُونَ عَلَيْهِم مِّن كُلِّ بَابٍ ﴿٢٣﴾
Bu gözəl sonluq, nemətlər içərisində əbədi qalacaqları Cənnətlədir. Onların orada ünsiyyət tapmaları üçün dünyada ikən özləri ilə birğə Allahın dinində sabit qalan atalarının, analarının, zövcələrinın və övladlarının onlar ilə bir yerdə olmaları, onlara Cənnətdə bəxş edilən nemətlərin tamamıdır. Mələklər onların Cənnətdəki mənzillərinin bütün qapılarından onların yanlarına daxil olub onları təbrik edərlər.