Muxtəsər təfsir
قَالُوا۟ تَٱللَّهِ لَقَدْ عَلِمْتُم مَّا جِئْنَا لِنُفْسِدَ فِى ٱلْأَرْضِ وَمَا كُنَّا سَـٰرِقِينَ ﴿٧٣﴾
Yusifin qardaşları onlara dedilər: "Allaha and olsun! Siz halımızdan gördüyünüz kimi, bizim oğurluq etmədiyimizi və belə bir işdən günahsız və xəbərsiz olduğumuzu bilirsiniz. Biz Misir torpağına fitnə-fəsad törətmək üçün gəlməmişik və həyatımız boyunca heç oğurluq da etməmişik".