Muxtəsər təfsir
قَالَ تَزْرَعُونَ سَبْعَ سِنِينَ دَأَبًا فَمَا حَصَدتُّمْ فَذَرُوهُ فِى سُنۢبُلِهِۦٓ إِلَّا قَلِيلًا مِّمَّا تَأْكُلُونَ ﴿٤٧﴾
Yusif - aleyhissəlam - bu yuxunun yozumu barədə xəbər verib dedi: "Yeddi il ciddi şəkildə, ardıcıl olaraq əkin. Həmən yeddi il ərzində sünbüllərdən biçdiyinizi isə, yemək ehtiyacınız üçün ayırdığınız az miqdar istisna olmaqla, toxumların çürüyüb, qurt vurmaması üçün elə sünbülün üstündə də saxlayın.