Muxtəsər təfsir
وَٱتَّبَعْتُ مِلَّةَ ءَابَآءِىٓ إِبْرَٰهِيمَ وَإِسْحَـٰقَ وَيَعْقُوبَ ۚ مَا كَانَ لَنَآ أَن نُّشْرِكَ بِٱللَّهِ مِن شَىْءٍ ۚ ذَٰلِكَ مِن فَضْلِ ٱللَّهِ عَلَيْنَا وَعَلَى ٱلنَّاسِ وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَشْكُرُونَ ﴿٣٨﴾
Mən atalarımın dininə: İbrahimin, İshaqın və Yaqubun dininə tabe oldum. Bu din, tək Allaha ibadət etmək dinidir. Uca Allaha hər hansı bir şeyi şərik qoşmaq bizə yaraşmaz. O, ibadətə layiq olan tək bir İlahdır. Mənim və atalarımın Allahın təkliyini qəbul edib və Ona iman etməmiz Allahın bizə müvəffəq etdiyi lütfü sayəsindədir. Həmçini, Allahın bütün insanlara Öz Peyğəmbərlərini tövhid və iman ilə göndərməsi də Allahın onlara olan bir lütfündəndir. Lakin insanların çoxu Allahın onlara bəxş etdiyi nemətlərə görə Allaha şükür etməzlər, əksinə, onlara verilən nemətlərə nankorluq edərlər!