Muxtəsər təfsir
نَحْنُ نَقُصُّ عَلَيْكَ أَحْسَنَ ٱلْقَصَصِ بِمَآ أَوْحَيْنَآ إِلَيْكَ هَـٰذَا ٱلْقُرْءَانَ وَإِن كُنتَ مِن قَبْلِهِۦ لَمِنَ ٱلْغَـٰفِلِينَ ﴿٣﴾
Ey Peyğəmbər! Biz bu Quranı sənə nazil etməklə, doğruluğuna, ləfzlərinin gözəl düzülüşünə və bəlağətinə görə qissələrin ən gözəlini sənə danışırıq. Halbuki, bu Quran nazil edilməzdən əvvəl sən bu qissədən xəbərsiz idin və bu haqda heç bir biliyə sahib deyildin.