×

يوسف

Ayə 23

Muxtəsər təfsir

وَرَٰوَدَتْهُ ٱلَّتِى هُوَ فِى بَيْتِهَا عَن نَّفْسِهِۦ وَغَلَّقَتِ ٱلْأَبْوَٰبَ وَقَالَتْ هَيْتَ لَكَ ۚ قَالَ مَعَاذَ ٱللَّهِ ۖ إِنَّهُۥ رَبِّىٓ أَحْسَنَ مَثْوَاىَ ۖ إِنَّهُۥ لَا يُفْلِحُ ٱلظَّـٰلِمُونَ ﴿٢٣﴾

Əzizin arvadı hiylə işlədib Yusiflə mülayim davranaraq Yusifdən onunlayaxınlıq etməsini tələb etdi. Yusiflə baş-başa qalmaq üçün otağın qapısını möhkəm bağlayıb Yusifə: "Haydı yanıma gəl!" – dedi. O isə: "Məndən istədiyin işi etməkdən Allaha sığınıram! Ağam məni öz yanında saxlayaraq mənə yaxşı baxmışdır, mən əsla ona xəyanət etmərəm. Əgər ona xəyanət etsəm, bu zaman mən zalımlardan olaram. Çünki za­lım­lar nicat tapmaz­lar!" – dedi.