Muxtəsər təfsir
وَرَفَعَ أَبَوَيْهِ عَلَى ٱلْعَرْشِ وَخَرُّوا۟ لَهُۥ سُجَّدًا ۖ وَقَالَ يَـٰٓأَبَتِ هَـٰذَا تَأْوِيلُ رُءْيَـٰىَ مِن قَبْلُ قَدْ جَعَلَهَا رَبِّى حَقًّا ۖ وَقَدْ أَحْسَنَ بِىٓ إِذْ أَخْرَجَنِى مِنَ ٱلسِّجْنِ وَجَآءَ بِكُم مِّنَ ٱلْبَدْوِ مِنۢ بَعْدِ أَن نَّزَغَ ٱلشَّيْطَـٰنُ بَيْنِى وَبَيْنَ إِخْوَتِىٓ ۚ إِنَّ رَبِّى لَطِيفٌ لِّمَا يَشَآءُ ۚ إِنَّهُۥ هُوَ ٱلْعَلِيمُ ٱلْحَكِيمُ ﴿١٠٠﴾
Yusif ata-anasını özü əyləşdiyi taxtın üstündə əyləşdirdi. Atası, anası və on bir qardaşı Yusifi salamlamaq üçün hamısı onun qarşısında səcdə etdilər. Bu səcdə, heç də ibadət məqsədi ilə edilən səcdə deyildi, lakin Yusifin yuxuda gördüyü kimi Allahın əmrini gerçəkləçdirmək üçün edilən bir səcdə idi. Elə buna görə də Yusif – Aleyhissəlam – atasına belə dedi: "Sizin mənə səcdə edərək məni salamlamağınız, bundan öncə gördüyüm və sənə danışdığım yuxumun yozumudur. Artıq Rəbbim o yuxunun həyatda baş verməsini gerçəkləşdirdi. Şeytan mənimlə qardaşlarımın arasına ədavət saldıqdan sonra məni zindandan çıxartmaqla və sizi səhradan yanıma gətirməklə Rəbbim mənə lütf etdi. Şübhəsiz ki, Rəbbim istədiyi şeyi idarə etməsində lütf sahibidir. Həqiqətən, O, qullarının olduqları halı daha yaxşı biləndir və işləri idarə etməsində də hikmət sahibidir!"