Muxtəsər təfsir
وَيَـٰقَوْمِ ٱعْمَلُوا۟ عَلَىٰ مَكَانَتِكُمْ إِنِّى عَـٰمِلٌ ۖ سَوْفَ تَعْلَمُونَ مَن يَأْتِيهِ عَذَابٌ يُخْزِيهِ وَمَنْ هُوَ كَـٰذِبٌ ۖ وَٱرْتَقِبُوٓا۟ إِنِّى مَعَكُمْ رَقِيبٌ ﴿٩٣﴾
Ey qövmüm! Bacardığınız qədər istədiyinizi edin, mən də bacardığım qədər istədiyimi edəcəyəm. Sonra rüsvayedici əzabın bizlərdən kimə gələcəyini və kimin öz iddiasında yalançı olduğunu tezliklə görəcəksiniz. Elə isə Allahın hökmünü gözləyin, mən də sizinlə birlikdə gözləyirəm".