Muxtəsər təfsir
بَقِيَّتُ ٱللَّهِ خَيْرٌ لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ ۚ وَمَآ أَنَا۠ عَلَيْكُم بِحَفِيظٍ ﴿٨٦﴾
İnsanların haqqlarını ədalətlə, tak şəkildə verdikdən sonra Allahın sizin üçün saxladığı halal nemətlər, çəkidə və ölçüdə insanları aldadıb mal-dövlət artırmaqdan və yer üzündə fitnə-fəsad yaymaqdan daha xeyir-bərəkətlidir. Əgər siz həqiqi möminsinizsə, Allahın sizin üçün saxladığı nemətə razı olun. Mən sizin üstünüzdə əməllərinizi mühasibə edən gözətçi deyiləm. Sizin üstünüzdə nəzarətçi olan, sirri və gizlin danışıqları bilən Allahdır".