×

هود

Ayə 83

Muxtəsər təfsir

مُّسَوَّمَةً عِندَ رَبِّكَ ۖ وَمَا هِىَ مِنَ ٱلظَّـٰلِمِينَ بِبَعِيدٍ ﴿٨٣﴾

Bu daşlar, Allah yanında xüsusi əlamətlə nişanlanmış daşlardır. Bu daşlar Qureyşdən və onlardan başqa olan za­lım­lardan da uzaq deyil­dir. Əksinə, bu daşlar onlara yaxındır. Allah nə zaman onların üzərinə bu daşları yağdırmağı qərar versə, elə o zaman da onlara bu daşlar isabət edər.