Muxtəsər təfsir
كَأَن لَّمْ يَغْنَوْا۟ فِيهَآ ۗ أَلَآ إِنَّ ثَمُودَا۟ كَفَرُوا۟ رَبَّهُمْ ۗ أَلَا بُعْدًا لِّثَمُودَ ﴿٦٨﴾
Sanki onlar daha öncə öz diyarlarında nemətlər və bolluq içində heç yaşamamışdılar. Bilin ki, Səmud qövmü öz Rəbbi olan Allaha küfr etdilər. Elə bu səbəbdən də onlar, əbədi olaraq Allahın rəhmətindən uzaqlaşdırıldılar.