Muxtəsər təfsir
قَالَ يَـٰنُوحُ إِنَّهُۥ لَيْسَ مِنْ أَهْلِكَ ۖ إِنَّهُۥ عَمَلٌ غَيْرُ صَـٰلِحٍ ۖ فَلَا تَسْـَٔلْنِ مَا لَيْسَ لَكَ بِهِۦ عِلْمٌ ۖ إِنِّىٓ أَعِظُكَ أَن تَكُونَ مِنَ ٱلْجَـٰهِلِينَ ﴿٤٦﴾
Allah Nuha belə dedi: "Ey Nuh! Sənin xilas olmasını istədiyin oğlun, Mənim səniə xilas edəcəyimi vəd etdiyim ailəndən deyildir. Çünki o, kafirdir. Ey Nuh! Sənin Məndən istədiyin şey, sənə və sənin məqamında olan kimsəyə yaraşan bir əməl deyildir. Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Həqiqətən də, Mən səni cahil olmaqdan, üstəlik, Mənim elmimə və hikmətimə müxalif olan bir şeyi məndən istəməkdən çəkindirirəm".