Muxtəsər təfsir
وَلَا يَنفَعُكُمْ نُصْحِىٓ إِنْ أَرَدتُّ أَنْ أَنصَحَ لَكُمْ إِن كَانَ ٱللَّهُ يُرِيدُ أَن يُغْوِيَكُمْ ۚ هُوَ رَبُّكُمْ وَإِلَيْهِ تُرْجَعُونَ ﴿٣٤﴾
Əgər Allah sizi inadkarlığınıza görə doğru yoldan azdırmaq istəyirsə, mən sizə öyüd-nəsihət vermək istəsəm belə, öyüd-nəsihətim sizə fayda verməz. O sizin Rəbbinizdir və sizə sahib olan da, istədiyi zaman sizi sapdıran da Odur. Siz Qiyamət günü Onun hüzuruna qaytarılacaqsınız. O sizin etdiyiniz əməllərin əvəzini verəcəkdir".