Muxtəsər təfsir
أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُمْ وَضَلَّ عَنْهُم مَّا كَانُوا۟ يَفْتَرُونَ ﴿٢١﴾
Bu xislətlərə sahib olan kimsələr, ibadətdə Allahla yanaşı Allaha şəriklər qoşub, öz əlləri ilə özlərini həlaka sürükləyərək özlərini ziyana uğradanlardır. Qiyamət günü isə, uydurduqları bütlər və şəfaətçilər onlardan qeybə çəkilib gedərlər.