Muxtəsər təfsir
أَفَمَن كَانَ عَلَىٰ بَيِّنَةٍ مِّن رَّبِّهِۦ وَيَتْلُوهُ شَاهِدٌ مِّنْهُ وَمِن قَبْلِهِۦ كِتَـٰبُ مُوسَىٰٓ إِمَامًا وَرَحْمَةً ۚ أُو۟لَـٰٓئِكَ يُؤْمِنُونَ بِهِۦ ۚ وَمَن يَكْفُرْ بِهِۦ مِنَ ٱلْأَحْزَابِ فَٱلنَّارُ مَوْعِدُهُۥ ۚ فَلَا تَكُ فِى مِرْيَةٍ مِّنْهُ ۚ إِنَّهُ ٱلْحَقُّ مِن رَّبِّكَ وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يُؤْمِنُونَ ﴿١٧﴾
İçində uca Rəbbindən açıq-aydın bir dəlil, ardınca Rəbbi tərəfindən onu təqib edən bir şahid - Cəbrail - gələn və ondan əvvəl insanllara bir örnək və rəhmət olaraq Musaya nazil edilən Tövratda onun peyğəmbərliyi qeyd edilən Muhəmməd Peyğəmbər (sallallahu aleyhi və səlləm) və onunla birlikdə olanlar, zəlalət işərisində çaşıb qalan kafirlərlə tay ola bilməz. Möminlər, Qurana və özünə Quran nazil edilən Muhəmməd Peyğəmbərə (sallallahu aleyhi və səlləm) iman gətirirlər. Başqa dinlərdən olan hər kim Quranı inkar etsə, Qiyamət günü onun vəd olunduğu yer oddur. Ey Peyğəmbər! Sənin, Qurana və kafirlərə vəd edilmiş əzab barədə heç bir şübhən olmasın. Çünki Quran, işərisində heç bir şəkk-şübhəyə yer olmayan haqdır. Lakin insanların çoxu kifayət qədər açıq-aydın dəlillərin olmasına rəğmən yenə də buna inanmazlar.