Muxtəsər təfsir
وَأَمَّا ٱلَّذِينَ سُعِدُوا۟ فَفِى ٱلْجَنَّةِ خَـٰلِدِينَ فِيهَا مَا دَامَتِ ٱلسَّمَـٰوَٰتُ وَٱلْأَرْضُ إِلَّا مَا شَآءَ رَبُّكَ ۖ عَطَآءً غَيْرَ مَجْذُوذٍ ﴿١٠٨﴾
İman gətirib saleh əməllər etdiklərinə görə, özlərinə Allah tərəfindən xoşbəxtlik nəsib edilmiş kimsələrə gəldikdə isə, Allahın günahkar möminlərdən Cənnətdən əvvəl Cəhənnəmə daxil olanlardan istədiyi kimsələr müstəsna olmaqla, onlar Cənnətdə göylər və yer durduqca orada əbədi qalacaqlar. Şübhəsiz ki, Allahın Cənnət əhlinə əta etdiyi nemətlər əbəbi və sonsuzdur.