Muxtəsər təfsir
إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ يَهْدِيهِمْ رَبُّهُم بِإِيمَـٰنِهِمْ ۖ تَجْرِى مِن تَحْتِهِمُ ٱلْأَنْهَـٰرُ فِى جَنَّـٰتِ ٱلنَّعِيمِ ﴿٩﴾
Allah, Ona İman gətirib saleh əməllər edən kimsələri imanlarına görə, Onu razı salacaq saleh əməllər etməyə yönəldər. Sonra da Qiyamət günü onların ayaqları altından çaylar axaran, əbədi qalacaqları Nəim cənnətlərinə daxil edər.