Muxtəsər təfsir
وَأَوْحَيْنَآ إِلَىٰ مُوسَىٰ وَأَخِيهِ أَن تَبَوَّءَا لِقَوْمِكُمَا بِمِصْرَ بُيُوتًا وَٱجْعَلُوا۟ بُيُوتَكُمْ قِبْلَةً وَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ ۗ وَبَشِّرِ ٱلْمُؤْمِنِينَ ﴿٨٧﴾
Biz Musaya və onun qardaşı Haruna – Aleyhiməssəlam: "Tək Allaha ibadət etmək üçün qövmünüz üçün evlər hazırlayın, evlərinizi qiblə (Beytülməqdisə) tərəfə edin. Namazları kamil şəkildə qılın!" – deyə vəhy etdik. Ey Musa! Möminlərə, onları sevindirən, Allahın onlara yardım, düşmənlərini isə həlak edəcəyini və onları yer üzünə xəlifələr təyin edəcəyini xəbər ver!