Muxtəsər təfsir
مَتَـٰعٌ فِى ٱلدُّنْيَا ثُمَّ إِلَيْنَا مَرْجِعُهُمْ ثُمَّ نُذِيقُهُمُ ٱلْعَذَابَ ٱلشَّدِيدَ بِمَا كَانُوا۟ يَكْفُرُونَ ﴿٧٠﴾
Onlar dünya naz-nemətləri ilə aldanmasınlar. Çünki dünya naz-nemətləri fanidir. Sonra Qiyamət günü onların dönüşü Bizədir. Sonra da Biz onların Allaha küfr edib və Onun elçisini yalançı hesab etdiklərinə görə, onlara şiddətli əzab daddırarıq!