Muxtəsər təfsir
قَالُوا۟ ٱتَّخَذَ ٱللَّهُ وَلَدًا ۗ سُبْحَـٰنَهُۥ ۖ هُوَ ٱلْغَنِىُّ ۖ لَهُۥ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۚ إِنْ عِندَكُم مِّن سُلْطَـٰنٍۭ بِهَـٰذَآ ۚ أَتَقُولُونَ عَلَى ٱللَّهِ مَا لَا تَعْلَمُونَ ﴿٦٨﴾
Müşriklərdən bir qisimi: "Allah mələkləri Özünə qızlar götürmüşdü!" – dedilər. Allah onların dedikləri bu sözdən pakdır, müqəddəsdir! Allahın heç bir məxluqata ehtiyacı yoxdur. Göylərin və yerin mülkü yalnız Ona məxsusdur. Ey müşriklər! dediyiniz bu sözə dair sizin heç bir dəliliniz yoxdur. Siz Allahın övladı olmasını deməklə, axı, niyə Allaha qarşı həqiqəti bilmədiyiniz bir şeyi dəlil-sübutsüz söyləyirsiniz?!