Muxtəsər təfsir
هُوَ ٱلَّذِى جَعَلَ ٱلشَّمْسَ ضِيَآءً وَٱلْقَمَرَ نُورًا وَقَدَّرَهُۥ مَنَازِلَ لِتَعْلَمُوا۟ عَدَدَ ٱلسِّنِينَ وَٱلْحِسَابَ ۚ مَا خَلَقَ ٱللَّهُ ذَٰلِكَ إِلَّا بِٱلْحَقِّ ۚ يُفَصِّلُ ٱلْـَٔايَـٰتِ لِقَوْمٍ يَعْلَمُونَ ﴿٥﴾
Günəşi parlaq, hər bir tərəfə işıqsaçan, ayı nurlu edən, onun səmada seyir etməsini, iyirmi səkkiz mənzilinin sayı qədər müəyyən edən Odur. Mənzil sözü ərəb dilində, bir gün gecə və gündüz yol gedilən məsafəyə deyilir. Ey insanlar! Allah, günəş ilə günlərin, ay ilə ayların və illərin sayını bilməniz üçün belə etdi. Allah Öz qüc-qüvvətini insanlara göstərmək üçün göyləri, yeri və onların arasında olan hər bir şeyi ancaq haqq olaraq yaratmışdır. Allah, Onun təkliyinə dəlalət edən açıq-aydın bu dəlil və sübutlarını bilən kimsələrə belə izah edər.