Muxtəsər təfsir
قُل لَّآ أَمْلِكُ لِنَفْسِى ضَرًّا وَلَا نَفْعًا إِلَّا مَا شَآءَ ٱللَّهُ ۗ لِكُلِّ أُمَّةٍ أَجَلٌ ۚ إِذَا جَآءَ أَجَلُهُمْ فَلَا يَسْتَـْٔخِرُونَ سَاعَةً ۖ وَلَا يَسْتَقْدِمُونَ ﴿٤٩﴾
Ey Peyğımbər onlara de: "Allahın istədiyindən başqa, mən özümə nə bir zərər, nə bir xeyir, nə də bir mənfəət verməyə qadirəm. Belə olduğu təqdirdə, mən qeybi necə bilə bilərəm?! Allah hər bir ümməti məhv etmək üçün müəyyən bir vaxt təyin etmişdir. Bu vaxtı yalnız Allah bilir. Onları məhv etmək üçün vaxt gəlib yetişdikdə, əzab onlardan bircə saat belə nə yubanar, nə də qabağa keçə bilər".