بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ لِإِيلَـٰفِ قُرَيْشٍ ﴿1﴾
إِۦلَـٰفِهِمْ رِحْلَةَ ٱلشِّتَآءِ وَٱلصَّيْفِ ﴿2﴾
فَلْيَعْبُدُوا۟ رَبَّ هَـٰذَا ٱلْبَيْتِ ﴿3﴾
ٱلَّذِىٓ أَطْعَمَهُم مِّن جُوعٍ وَءَامَنَهُم مِّنْ خَوْفٍۭ ﴿4﴾
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ أَرَءَيْتَ ٱلَّذِى يُكَذِّبُ بِٱلدِّينِ ﴿1﴾
فَذَٰلِكَ ٱلَّذِى يَدُعُّ ٱلْيَتِيمَ ﴿2﴾
وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلْمِسْكِينِ ﴿3﴾
فَوَيْلٌ لِّلْمُصَلِّينَ ﴿4﴾
ٱلَّذِينَ هُمْ عَن صَلَاتِهِمْ سَاهُونَ ﴿5﴾
ٱلَّذِينَ هُمْ يُرَآءُونَ ﴿6﴾
وَيَمْنَعُونَ ٱلْمَاعُونَ ﴿7﴾
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ إِنَّآ أَعْطَيْنَـٰكَ ٱلْكَوْثَرَ ﴿1﴾
فَصَلِّ لِرَبِّكَ وَٱنْحَرْ ﴿2﴾
إِنَّ شَانِئَكَ هُوَ ٱلْأَبْتَرُ ﴿3﴾
Əlixan Musayev
106:1 Qureyşin birliyi xatirinə,
106:2 onların qış və yay səfərlərindəki birliyi xatirinə
106:3 qoy onlar bu Evin Rəbbinə ibadət etsinlər.
106:4 Allah onlara aclıqdan sonra yemək verdi və qorxudan sonra əmin-amanlıq bəxş etdi.
107:1 Dini yalan sayan o kimsəni gördünmü?
107:2 O elə adamdır ki, yetimi qovar
107:3 və heç kəsi kasıba əl tutmağa sövq etməz.
107:4 Vay halına namaz qılanların –
107:5 o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar.
107:6 Onlar riyakardırlar
107:7 və az bir şey verməkdən belə imtina edirlər.
108:1 Həqiqətən, Biz Kovsəri sənə bağışladıq.
108:2 Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!
108:3 Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur.