بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ وَٱلْعَصْرِ ﴿1﴾
إِنَّ ٱلْإِنسَـٰنَ لَفِى خُسْرٍ ﴿2﴾
إِلَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ وَتَوَاصَوْا۟ بِٱلْحَقِّ وَتَوَاصَوْا۟ بِٱلصَّبْرِ ﴿3﴾
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ وَيْلٌ لِّكُلِّ هُمَزَةٍ لُّمَزَةٍ ﴿1﴾
ٱلَّذِى جَمَعَ مَالًا وَعَدَّدَهُۥ ﴿2﴾
يَحْسَبُ أَنَّ مَالَهُۥٓ أَخْلَدَهُۥ ﴿3﴾
كَلَّا ۖ لَيُنۢبَذَنَّ فِى ٱلْحُطَمَةِ ﴿4﴾
وَمَآ أَدْرَىٰكَ مَا ٱلْحُطَمَةُ ﴿5﴾
نَارُ ٱللَّهِ ٱلْمُوقَدَةُ ﴿6﴾
ٱلَّتِى تَطَّلِعُ عَلَى ٱلْأَفْـِٔدَةِ ﴿7﴾
إِنَّهَا عَلَيْهِم مُّؤْصَدَةٌ ﴿8﴾
فِى عَمَدٍ مُّمَدَّدَةٍۭ ﴿9﴾
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِأَصْحَـٰبِ ٱلْفِيلِ ﴿1﴾
أَلَمْ يَجْعَلْ كَيْدَهُمْ فِى تَضْلِيلٍ ﴿2﴾
وَأَرْسَلَ عَلَيْهِمْ طَيْرًا أَبَابِيلَ ﴿3﴾
تَرْمِيهِم بِحِجَارَةٍ مِّن سِجِّيلٍ ﴿4﴾
فَجَعَلَهُمْ كَعَصْفٍ مَّأْكُولٍۭ ﴿5﴾
Əlixan Musayev
103:1 And olsun axşam çağına!
103:2 Həqiqətən, insan ziyan içərisindədir.
103:3 Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbirli olmağı məsləhət edənlərdən başqa.
104:1 Hər bir qeybət edənin, tənə vuranın vay halına!
104:2 O şəxs ki, mal-dövlət toplayıb onu təkrar-təkrar sayır
104:3 və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır.
104:4 Xeyr! O, mütləq Hutəməyə atılacaqdır.
104:5 Sən haradan biləsən ki, Hutəmə nədir?
104:6 Bu, Allahın qaladığı Oddur.
104:7 O Od ki, qalxıb ürəklərə çatacaq.
104:8 Həqiqətən, o Od onların üzərində qapanacaqdır.
104:9 Özləri də orada yüksək dirəklərə bağlanmış olacaqlar.
105:1 Rəbbinin fil sahiblərinə nələr etdiyini görmədinmi?
105:2 Məgər Rəbbin onların hiyləsini dolaşığa salmadımı?
105:3 Onların üzərinə qatar-qatar quşlar göndərdi.
105:4 O quşlar ki, onların üstünə odda bişmiş bərk gildən daşlar yağdırdı.
105:5 Allah onları sanki yeyilmiş əkin yarpağına döndərdi.