إِنَّ ٱلْإِنسَـٰنَ لِرَبِّهِۦ لَكَنُودٌ ﴿6﴾
وَإِنَّهُۥ عَلَىٰ ذَٰلِكَ لَشَهِيدٌ ﴿7﴾
وَإِنَّهُۥ لِحُبِّ ٱلْخَيْرِ لَشَدِيدٌ ﴿8﴾
أَفَلَا يَعْلَمُ إِذَا بُعْثِرَ مَا فِى ٱلْقُبُورِ ﴿9﴾
وَحُصِّلَ مَا فِى ٱلصُّدُورِ ﴿10﴾
إِنَّ رَبَّهُم بِهِمْ يَوْمَئِذٍ لَّخَبِيرٌۢ ﴿11﴾
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ ٱلْقَارِعَةُ ﴿1﴾
مَا ٱلْقَارِعَةُ ﴿2﴾
وَمَآ أَدْرَىٰكَ مَا ٱلْقَارِعَةُ ﴿3﴾
يَوْمَ يَكُونُ ٱلنَّاسُ كَٱلْفَرَاشِ ٱلْمَبْثُوثِ ﴿4﴾
وَتَكُونُ ٱلْجِبَالُ كَٱلْعِهْنِ ٱلْمَنفُوشِ ﴿5﴾
فَأَمَّا مَن ثَقُلَتْ مَوَٰزِينُهُۥ ﴿6﴾
فَهُوَ فِى عِيشَةٍ رَّاضِيَةٍ ﴿7﴾
وَأَمَّا مَنْ خَفَّتْ مَوَٰزِينُهُۥ ﴿8﴾
فَأُمُّهُۥ هَاوِيَةٌ ﴿9﴾
وَمَآ أَدْرَىٰكَ مَا هِيَهْ ﴿10﴾
نَارٌ حَامِيَةٌۢ ﴿11﴾
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ أَلْهَىٰكُمُ ٱلتَّكَاثُرُ ﴿1﴾
حَتَّىٰ زُرْتُمُ ٱلْمَقَابِرَ ﴿2﴾
كَلَّا سَوْفَ تَعْلَمُونَ ﴿3﴾
ثُمَّ كَلَّا سَوْفَ تَعْلَمُونَ ﴿4﴾
كَلَّا لَوْ تَعْلَمُونَ عِلْمَ ٱلْيَقِينِ ﴿5﴾
لَتَرَوُنَّ ٱلْجَحِيمَ ﴿6﴾
ثُمَّ لَتَرَوُنَّهَا عَيْنَ ٱلْيَقِينِ ﴿7﴾
ثُمَّ لَتُسْـَٔلُنَّ يَوْمَئِذٍ عَنِ ٱلنَّعِيمِ ﴿8﴾
Əlixan Musayev
100:6 Həqiqətən, insan Rəbbinə qarşı yaman nankordur.
100:7 Özü də bunun şahididir.
100:8 Həqiqətən, o, var-dövlətə çox hərisdir.
100:9 Məgər o bilmir ki, qəbirlərdə olanlar çıxardılacağı
100:10 və kökslərdə olanlar aşkar ediləcəyi zaman –
100:11 məhz o gün Rəbbi onlardan xəbərdar olacaqdır?
101:1 Qəlbləri Qorxuya salan!
101:2 Qəlbləri Qorxuya salan nədir?
101:3 Sən haradan biləsən ki, qəlbləri Qorxuya salan nədir?
101:4 O gün insanlar ətrafa səpələnmiş pərvanələr tək olacaqlar.
101:5 Dağlar isə didilmiş yun görkəmi alacaqdır.
101:6 O gün kimin tərəziləri ağır gələrsə
101:7 xoşbəxt güzəran sürəcək.
101:8 Kimin tərəziləri yüngül gələrsə,
101:9 məskəni Haviyə olacaqdır.
101:10 Sən haradan biləsən ki, o nədir?
101:11 O, çox qızmar bir oddur!
102:1 Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki,
102:2 gömülməklə qəbirləri ziyarət etdiniz.
102:3 Yox-yox! Siz aqibətinizi hökmən biləcəksiniz!
102:4 Bir də yox! Siz aqibətinizi tezliklə biləcəksiniz!
102:5 Xeyr! Kaş ki, yəqin biləydiniz.
102:6 Siz Cəhənnəmi mütləq görəcəksiniz!
102:7 Onu həqiqətən öz gözünüzlə mütləq görəcəksiniz!
102:8 Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız.