إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ مِنْ أَهْلِ ٱلْكِتَـٰبِ وَٱلْمُشْرِكِينَ فِى نَارِ جَهَنَّمَ خَـٰلِدِينَ فِيهَآ ۚ أُو۟لَـٰٓئِكَ هُمْ شَرُّ ٱلْبَرِيَّةِ ﴿6﴾
إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ أُو۟لَـٰٓئِكَ هُمْ خَيْرُ ٱلْبَرِيَّةِ ﴿7﴾
جَزَآؤُهُمْ عِندَ رَبِّهِمْ جَنَّـٰتُ عَدْنٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ خَـٰلِدِينَ فِيهَآ أَبَدًا ۖ رَّضِىَ ٱللَّهُ عَنْهُمْ وَرَضُوا۟ عَنْهُ ۚ ذَٰلِكَ لِمَنْ خَشِىَ رَبَّهُۥ ﴿8﴾
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ إِذَا زُلْزِلَتِ ٱلْأَرْضُ زِلْزَالَهَا ﴿1﴾
وَأَخْرَجَتِ ٱلْأَرْضُ أَثْقَالَهَا ﴿2﴾
وَقَالَ ٱلْإِنسَـٰنُ مَا لَهَا ﴿3﴾
يَوْمَئِذٍ تُحَدِّثُ أَخْبَارَهَا ﴿4﴾
بِأَنَّ رَبَّكَ أَوْحَىٰ لَهَا ﴿5﴾
يَوْمَئِذٍ يَصْدُرُ ٱلنَّاسُ أَشْتَاتًا لِّيُرَوْا۟ أَعْمَـٰلَهُمْ ﴿6﴾
فَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُۥ ﴿7﴾
وَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُۥ ﴿8﴾
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ وَٱلْعَـٰدِيَـٰتِ ضَبْحًا ﴿1﴾
فَٱلْمُورِيَـٰتِ قَدْحًا ﴿2﴾
فَٱلْمُغِيرَٰتِ صُبْحًا ﴿3﴾
فَأَثَرْنَ بِهِۦ نَقْعًا ﴿4﴾
فَوَسَطْنَ بِهِۦ جَمْعًا ﴿5﴾
Əlixan Musayev
98:6 Həqiqətən, Kitab əhlindən və müşriklərdən inkar edənlərin məskəni Cəhənnəm odu olacaq və orada əbədi qalacaqlar. Onlar məxluqatın ən pisləridir.
98:7 Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər məxluqların ən yaxşısıdırlar.
98:8 Onların Rəbbinin yanındakı mükafatı ağacları altından çaylar axan, içində əbədi qalacaqları Ədn bağlarıdır. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu nemətlər, Rəbbindən qorxan kimsələrdən ötrüdür!
99:1 Yer titrəyib lərzəyə gələcəyi zaman;
99:2 Yer öz yükünü bayıra atacağı
99:3 və insan: “Ona nə olub?”– deyəcəyi zaman –
99:4 həmin gün yer öz əhvalatlarını danışacaqdır.
99:5 Çünki Rəbbin ona vəhy edəcəkdir.
99:6 O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər.
99:7 Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır.
99:8 Zərrə qədər pislik edən də əvəzini alacaqdır.
100:1 And olsun tövşüyə-tövşüyə çapanlara!
100:2 And olsun dırnaqları ilə qığılcım çıxaranlara!
100:3 And olsun sübh çağı həmlə edənlərə ki,
100:4 hücuma keçib tozanaq qaldıraraq
100:5 qoşunun içərisinə soxulurlar.