فَسَنُيَسِّرُهُۥ لِلْعُسْرَىٰ ﴿10﴾
وَمَا يُغْنِى عَنْهُ مَالُهُۥٓ إِذَا تَرَدَّىٰٓ ﴿11﴾
إِنَّ عَلَيْنَا لَلْهُدَىٰ ﴿12﴾
وَإِنَّ لَنَا لَلْـَٔاخِرَةَ وَٱلْأُولَىٰ ﴿13﴾
فَأَنذَرْتُكُمْ نَارًا تَلَظَّىٰ ﴿14﴾
لَا يَصْلَىٰهَآ إِلَّا ٱلْأَشْقَى ﴿15﴾
ٱلَّذِى كَذَّبَ وَتَوَلَّىٰ ﴿16﴾
وَسَيُجَنَّبُهَا ٱلْأَتْقَى ﴿17﴾
ٱلَّذِى يُؤْتِى مَالَهُۥ يَتَزَكَّىٰ ﴿18﴾
وَمَا لِأَحَدٍ عِندَهُۥ مِن نِّعْمَةٍ تُجْزَىٰٓ ﴿19﴾
إِلَّا ٱبْتِغَآءَ وَجْهِ رَبِّهِ ٱلْأَعْلَىٰ ﴿20﴾
وَلَسَوْفَ يَرْضَىٰ ﴿21﴾
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ وَٱلضُّحَىٰ ﴿1﴾
وَٱلَّيْلِ إِذَا سَجَىٰ ﴿2﴾
مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَىٰ ﴿3﴾
وَلَلْـَٔاخِرَةُ خَيْرٌ لَّكَ مِنَ ٱلْأُولَىٰ ﴿4﴾
وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَىٰٓ ﴿5﴾
أَلَمْ يَجِدْكَ يَتِيمًا فَـَٔاوَىٰ ﴿6﴾
وَوَجَدَكَ ضَآلًّا فَهَدَىٰ ﴿7﴾
وَوَجَدَكَ عَآئِلًا فَأَغْنَىٰ ﴿8﴾
فَأَمَّا ٱلْيَتِيمَ فَلَا تَقْهَرْ ﴿9﴾
وَأَمَّا ٱلسَّآئِلَ فَلَا تَنْهَرْ ﴿10﴾
وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ ﴿11﴾
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ ﴿1﴾
وَوَضَعْنَا عَنكَ وِزْرَكَ ﴿2﴾
Əlixan Musayev
92:10 Biz onun üstünə ən çətin olanı yükləyəcəyik.
92:11 Cəhənnəmə düşdükdə var-dövləti ona fayda verməyəcək.
92:12 Şübhəsiz ki, doğru yola yönəltmək Bizə aiddir.
92:13 Sözsüz ki, Axirət də, dünya həyatı da Bizimdir.
92:14 Mən sizi alov saçan bir odla qorxutdum.
92:15 Ona ancaq ən bədbəxt kimsə girər.
92:16 O kimsə ki, haqqı yalan sayır və ondan üz döndərir.
92:17 Allahdan ən çox qorxan isə o Oddan uzaqlaşdırılar.
92:18 O kimsə ki, malını Allah yolunda verir, günahlardan təmizlənir.
92:19 Əvəzi veriləcək nemət üçün onun heç kəsə minnəti olmaz.
92:20 O bunu ancaq Ən Uca Rəbbinin Üzünü dilədiyindən edər.
92:21 O, mütləq razı qalacaqdır!
93:1 And olsun səhərə!
93:2 And olsun sakitləşən gecəyə!
93:3 Rəbbin nə səni tərk etmişdi, nə də sənə acığı tutmuşdu.
93:4 Həqiqətən, Axirət sənə dünya həyatından daha xeyirlidir.
93:5 Şübhəsiz ki, Rəbbin sənə nemət bəxş edəcək, sən də razı qalacaqsan.
93:6 Məgər O, səni yetim çağında qoruyub sığınacaq vermədimi?
93:7 Səni çaşqın olduğun halda doğru yola yönəltmədimi?
93:8 Kasıb olduğun zaman səni varlandırmadımı?
93:9 Elə isə yetimə xor baxma!
93:10 Səndən kömək diləyəni qovma!
93:11 Və Rəbbinin nemətindən danış.
94:1 Məgər Biz sənin üçün köksünü açmadıqmı?
94:2 Yükünü səndən götürmədikmi?