Mushafuk
‹Mushafuk

سورة الفاتحة

1

وَٱلَّذِينَ كَفَرُوا۟ بِـَٔايَـٰتِنَا هُمْ أَصْحَـٰبُ ٱلْمَشْـَٔمَةِ ﴿19﴾

عَلَيْهِمْ نَارٌ مُّؤْصَدَةٌۢ ﴿20﴾

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ وَٱلشَّمْسِ وَضُحَىٰهَا ﴿1﴾

وَٱلْقَمَرِ إِذَا تَلَىٰهَا ﴿2﴾

وَٱلنَّهَارِ إِذَا جَلَّىٰهَا ﴿3﴾

وَٱلَّيْلِ إِذَا يَغْشَىٰهَا ﴿4﴾

وَٱلسَّمَآءِ وَمَا بَنَىٰهَا ﴿5﴾

وَٱلْأَرْضِ وَمَا طَحَىٰهَا ﴿6﴾

وَنَفْسٍ وَمَا سَوَّىٰهَا ﴿7﴾

فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَىٰهَا ﴿8﴾

قَدْ أَفْلَحَ مَن زَكَّىٰهَا ﴿9﴾

وَقَدْ خَابَ مَن دَسَّىٰهَا ﴿10﴾

كَذَّبَتْ ثَمُودُ بِطَغْوَىٰهَآ ﴿11﴾

إِذِ ٱنۢبَعَثَ أَشْقَىٰهَا ﴿12﴾

فَقَالَ لَهُمْ رَسُولُ ٱللَّهِ نَاقَةَ ٱللَّهِ وَسُقْيَـٰهَا ﴿13﴾

فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمْدَمَ عَلَيْهِمْ رَبُّهُم بِذَنۢبِهِمْ فَسَوَّىٰهَا ﴿14﴾

وَلَا يَخَافُ عُقْبَـٰهَا ﴿15﴾

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ وَٱلَّيْلِ إِذَا يَغْشَىٰ ﴿1﴾

وَٱلنَّهَارِ إِذَا تَجَلَّىٰ ﴿2﴾

وَمَا خَلَقَ ٱلذَّكَرَ وَٱلْأُنثَىٰٓ ﴿3﴾

إِنَّ سَعْيَكُمْ لَشَتَّىٰ ﴿4﴾

فَأَمَّا مَنْ أَعْطَىٰ وَٱتَّقَىٰ ﴿5﴾

وَصَدَّقَ بِٱلْحُسْنَىٰ ﴿6﴾

فَسَنُيَسِّرُهُۥ لِلْيُسْرَىٰ ﴿7﴾

وَأَمَّا مَنۢ بَخِلَ وَٱسْتَغْنَىٰ ﴿8﴾

وَكَذَّبَ بِٱلْحُسْنَىٰ ﴿9﴾

Əlixan Musayev

90:19 Ayələrimizi inkar edənlər isə sol tərəf sahibləridir.

90:20 Od onların üzərində qapanacaqdır.

91:1 And olsun günəşə və onun saçdığı şəfəqə!

91:2 And olsun ondan sonra zühur edən aya!

91:3 And olsun günəşi açıqlığa çıxardan gündüzə!

91:4 And olsun günəşi bürüyən gecəyə!

91:5 And olsun göyə və onu qurana!

91:6 And olsun yerə və onu döşəyənə!

91:7 And olsun nəfsə və onu yaradıb kamilləşdirənə,

91:8 ona günahları və Allahdan qorxmağı təlqin edənə!

91:9 Nəfsini günahdan təmizləyən uğur qazanmışdır.

91:10 Onu günaha batıran isə ziyana uğramışdır.

91:11 Səmud qövmü öz azğınlığı üzündən Allahın elçisini təkzib etdi.

91:12 Onların ən bədbəxti dəvəni kəsməyə qalxdıqda

91:13 Allahın elçisi onlara dedi: “Allahın bu dişi dəvəsinə toxunmayın və onun su içməsinə mane olmayın!”

91:14 Onlar isə peyğəmbəri yalançı sayıb, dəvənin diz vətərini kəsdilər. Onların Rəbbi də bu günahlarına görə onların hamısını qırıb yerlə-yeksan etdi.

91:15 Allah günahkarlara etdiyinin nəticəsindən çəkinməz!

92:1 And olsun yer üzünü zülmətə bürüməkdə olan gecəyə!

92:2 And olsun günəşin çıxması ilə aydınlaşan gündüzə!

92:3 And olsun kişini və qadını yaradana!

92:4 Sizin can atdıqlarınız başqa-başqadır.

92:5 Kim haqqını verir və Allahdan qorxursa,

92:6 və ən gözəl olanı (lə ilahə illəllahı) təsdiq edirsə,

92:7 Biz onu ən asan olana nail edəcəyik.

92:8 Kim də xəsislik edərək Rəbbinə ehtiyacı olmadığını güman edirsə

92:9 və ən gözəl olanı (lə ilahə illəllahı) yalan hesab edirsə,