وَجِا۟ىٓءَ يَوْمَئِذٍۭ بِجَهَنَّمَ ۚ يَوْمَئِذٍ يَتَذَكَّرُ ٱلْإِنسَـٰنُ وَأَنَّىٰ لَهُ ٱلذِّكْرَىٰ ﴿23﴾
يَقُولُ يَـٰلَيْتَنِى قَدَّمْتُ لِحَيَاتِى ﴿24﴾
فَيَوْمَئِذٍ لَّا يُعَذِّبُ عَذَابَهُۥٓ أَحَدٌ ﴿25﴾
وَلَا يُوثِقُ وَثَاقَهُۥٓ أَحَدٌ ﴿26﴾
يَـٰٓأَيَّتُهَا ٱلنَّفْسُ ٱلْمُطْمَئِنَّةُ ﴿27﴾
ٱرْجِعِىٓ إِلَىٰ رَبِّكِ رَاضِيَةً مَّرْضِيَّةً ﴿28﴾
فَٱدْخُلِى فِى عِبَـٰدِى ﴿29﴾
وَٱدْخُلِى جَنَّتِى ﴿30﴾
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ لَآ أُقْسِمُ بِهَـٰذَا ٱلْبَلَدِ ﴿1﴾
وَأَنتَ حِلٌّۢ بِهَـٰذَا ٱلْبَلَدِ ﴿2﴾
وَوَالِدٍ وَمَا وَلَدَ ﴿3﴾
لَقَدْ خَلَقْنَا ٱلْإِنسَـٰنَ فِى كَبَدٍ ﴿4﴾
أَيَحْسَبُ أَن لَّن يَقْدِرَ عَلَيْهِ أَحَدٌ ﴿5﴾
يَقُولُ أَهْلَكْتُ مَالًا لُّبَدًا ﴿6﴾
أَيَحْسَبُ أَن لَّمْ يَرَهُۥٓ أَحَدٌ ﴿7﴾
أَلَمْ نَجْعَل لَّهُۥ عَيْنَيْنِ ﴿8﴾
وَلِسَانًا وَشَفَتَيْنِ ﴿9﴾
وَهَدَيْنَـٰهُ ٱلنَّجْدَيْنِ ﴿10﴾
فَلَا ٱقْتَحَمَ ٱلْعَقَبَةَ ﴿11﴾
وَمَآ أَدْرَىٰكَ مَا ٱلْعَقَبَةُ ﴿12﴾
فَكُّ رَقَبَةٍ ﴿13﴾
أَوْ إِطْعَـٰمٌ فِى يَوْمٍ ذِى مَسْغَبَةٍ ﴿14﴾
يَتِيمًا ذَا مَقْرَبَةٍ ﴿15﴾
أَوْ مِسْكِينًا ذَا مَتْرَبَةٍ ﴿16﴾
ثُمَّ كَانَ مِنَ ٱلَّذِينَ ءَامَنُوا۟ وَتَوَاصَوْا۟ بِٱلصَّبْرِ وَتَوَاصَوْا۟ بِٱلْمَرْحَمَةِ ﴿17﴾
أُو۟لَـٰٓئِكَ أَصْحَـٰبُ ٱلْمَيْمَنَةِ ﴿18﴾
Əlixan Musayev
89:23 və o gün Cəhənnəm gətiriləcək. O gün insan günahlarını xatırlayacaqdır. Lakin bu xatırlamanın ona nə faydası?
89:24 O: “Kaş axirət həyatım üçün əvvəlcədən hazırlıq görəydim!”– deyəcəkdir.
89:25 O gün heç kəs Allahın verdiyi əzab kimi əzab verə bilməz
89:26 və heç kəs Onun buxovladığı kimi buxovlaya bilməz.
89:27 O gün möminə deyiləcəkdir: “Ey arxayın olan kəs!
89:28 Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön!
89:29 Mənim qullarımın cərgəsinə keç!
89:30 Cənnətimə daxil ol!
90:1 And içirəm bu şəhərə (Məkkəyə)!
90:2 Sən də o şəhərin sakinisən.
90:3 And olsun valideynə və onun törəməsinə!
90:4 Biz insanı çətinlik içində xəlq etdik.
90:5 O, heç kəsin ona gücü çatmayacağınımı güman edir?
90:6 O deyir: “Mən çoxlu var-dövlət sərf etmişəm!”
90:7 O, heç kəsin onu görməyəcəyinimi zənn edir?
90:8 Məgər ona iki gözü Biz verməmişikmi?
90:9 Bir dillə iki dodaq verməmişikmi?
90:10 Onu iki yoxuşlu yola yönəltmədikmi?
90:11 O isə sərt yoxuşu aşmağa can atmadı.
90:12 Sən nə bilirsən ki, sərt yoxuş nədir?
90:13 O, bir kölə azad etməkdir
90:14 və ya aclıq günündə möhtaca yemək verməkdir –
90:15 qohumluq əlaqəsi çatan bir yetimə,
90:16 yaxud aclıqdan yerə uzanmış kasıba!
90:17 Sonra isə o, iman gətirən, bir-birinə səbir və mərhəmət tövsiyə edənlərdən olmaqdır.
90:18 Onlar sağ tərəf sahibləridir.