إِلَّا مَن تَوَلَّىٰ وَكَفَرَ ﴿23﴾
فَيُعَذِّبُهُ ٱللَّهُ ٱلْعَذَابَ ٱلْأَكْبَرَ ﴿24﴾
إِنَّ إِلَيْنَآ إِيَابَهُمْ ﴿25﴾
ثُمَّ إِنَّ عَلَيْنَا حِسَابَهُم ﴿26﴾
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ وَٱلْفَجْرِ ﴿1﴾
وَلَيَالٍ عَشْرٍ ﴿2﴾
وَٱلشَّفْعِ وَٱلْوَتْرِ ﴿3﴾
وَٱلَّيْلِ إِذَا يَسْرِ ﴿4﴾
هَلْ فِى ذَٰلِكَ قَسَمٌ لِّذِى حِجْرٍ ﴿5﴾
أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِعَادٍ ﴿6﴾
إِرَمَ ذَاتِ ٱلْعِمَادِ ﴿7﴾
ٱلَّتِى لَمْ يُخْلَقْ مِثْلُهَا فِى ٱلْبِلَـٰدِ ﴿8﴾
وَثَمُودَ ٱلَّذِينَ جَابُوا۟ ٱلصَّخْرَ بِٱلْوَادِ ﴿9﴾
وَفِرْعَوْنَ ذِى ٱلْأَوْتَادِ ﴿10﴾
ٱلَّذِينَ طَغَوْا۟ فِى ٱلْبِلَـٰدِ ﴿11﴾
فَأَكْثَرُوا۟ فِيهَا ٱلْفَسَادَ ﴿12﴾
فَصَبَّ عَلَيْهِمْ رَبُّكَ سَوْطَ عَذَابٍ ﴿13﴾
إِنَّ رَبَّكَ لَبِٱلْمِرْصَادِ ﴿14﴾
فَأَمَّا ٱلْإِنسَـٰنُ إِذَا مَا ٱبْتَلَىٰهُ رَبُّهُۥ فَأَكْرَمَهُۥ وَنَعَّمَهُۥ فَيَقُولُ رَبِّىٓ أَكْرَمَنِ ﴿15﴾
وَأَمَّآ إِذَا مَا ٱبْتَلَىٰهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهُۥ فَيَقُولُ رَبِّىٓ أَهَـٰنَنِ ﴿16﴾
كَلَّا ۖ بَل لَّا تُكْرِمُونَ ٱلْيَتِيمَ ﴿17﴾
وَلَا تَحَـٰٓضُّونَ عَلَىٰ طَعَامِ ٱلْمِسْكِينِ ﴿18﴾
وَتَأْكُلُونَ ٱلتُّرَاثَ أَكْلًا لَّمًّا ﴿19﴾
وَتُحِبُّونَ ٱلْمَالَ حُبًّا جَمًّا ﴿20﴾
كَلَّآ إِذَا دُكَّتِ ٱلْأَرْضُ دَكًّا دَكًّا ﴿21﴾
وَجَآءَ رَبُّكَ وَٱلْمَلَكُ صَفًّا صَفًّا ﴿22﴾
Əlixan Musayev
88:23 Lakin üz döndərib küfr edəni,
88:24 Allah ən şiddətli əzabla cəzalandırar.
88:25 Şübhəsiz ki, onların dönüşü Bizədir.
88:26 Sonra onları sorğu-suala çəkmək də Bizə aiddir.
89:1 And olsun dan yerinə!
89:2 And olsun on gecəyə!
89:3 And olsun cütə və təkə!
89:4 And olsun keçib getməkdə olan gecəyə!
89:5 Məgər bu andlar ağıl sahibi üçün kifayət deyilmi?
89:6 Məgər görmədinmi ki, Rəbbin nələr etdi Ad qövmünə,
89:7 sütunlar sahibi İrəm qəbiləsinə –
89:8 halbuki, yer üzündə onlar kimisi xəlq edilməmişdi.
89:9 Habelə vadidə qayaları yonan Səmud qövmünə?
89:10 Eləcə də sütunlar sahibi Firona?
89:11 Onlar o kəslər idi ki, ölkələrində həddi aşmış,
89:12 çoxlu fitnə-fəsad törətmişdilər.
89:13 Rəbbin də onları əzabla qamçıladı.
89:14 Həqiqətən, sənin Rəbbin nəzarət edir.
89:15 İnsana gəlincə, Rəbbi onu sınayıb ehtiram göstərəndə və ona nemət verəndə: “Rəbbim mənə ehtiram göstərdi!”– deyər.
89:16 Amma onu sınamaq üçün ruzisini azaldanda: “Rəbbim məni alçaltdı!”– deyər.
89:17 Xeyr! Əslində siz yetimə ehtiram göstərmirsiniz,
89:18 kasıbı yedirməyə bir-birinizi təhrik etmirsiniz,
89:19 mirası hərisliklə yeyirsiniz,
89:20 var-dövləti də hərisliklə sevirsiniz.
89:21 Xeyr! Elə ki yer lərzəyə gəlib parça-parça olacaq,
89:22 sənin Rəbbin və səf-səf düzülmüş mələklər gələcək