وَيَتَجَنَّبُهَا ٱلْأَشْقَى ﴿11﴾
ٱلَّذِى يَصْلَى ٱلنَّارَ ٱلْكُبْرَىٰ ﴿12﴾
ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ ﴿13﴾
قَدْ أَفْلَحَ مَن تَزَكَّىٰ ﴿14﴾
وَذَكَرَ ٱسْمَ رَبِّهِۦ فَصَلَّىٰ ﴿15﴾
بَلْ تُؤْثِرُونَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا ﴿16﴾
وَٱلْـَٔاخِرَةُ خَيْرٌ وَأَبْقَىٰٓ ﴿17﴾
إِنَّ هَـٰذَا لَفِى ٱلصُّحُفِ ٱلْأُولَىٰ ﴿18﴾
صُحُفِ إِبْرَٰهِيمَ وَمُوسَىٰ ﴿19﴾
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ هَلْ أَتَىٰكَ حَدِيثُ ٱلْغَـٰشِيَةِ ﴿1﴾
وُجُوهٌ يَوْمَئِذٍ خَـٰشِعَةٌ ﴿2﴾
عَامِلَةٌ نَّاصِبَةٌ ﴿3﴾
تَصْلَىٰ نَارًا حَامِيَةً ﴿4﴾
تُسْقَىٰ مِنْ عَيْنٍ ءَانِيَةٍ ﴿5﴾
لَّيْسَ لَهُمْ طَعَامٌ إِلَّا مِن ضَرِيعٍ ﴿6﴾
لَّا يُسْمِنُ وَلَا يُغْنِى مِن جُوعٍ ﴿7﴾
وُجُوهٌ يَوْمَئِذٍ نَّاعِمَةٌ ﴿8﴾
لِّسَعْيِهَا رَاضِيَةٌ ﴿9﴾
فِى جَنَّةٍ عَالِيَةٍ ﴿10﴾
لَّا تَسْمَعُ فِيهَا لَـٰغِيَةً ﴿11﴾
فِيهَا عَيْنٌ جَارِيَةٌ ﴿12﴾
فِيهَا سُرُرٌ مَّرْفُوعَةٌ ﴿13﴾
وَأَكْوَابٌ مَّوْضُوعَةٌ ﴿14﴾
وَنَمَارِقُ مَصْفُوفَةٌ ﴿15﴾
وَزَرَابِىُّ مَبْثُوثَةٌ ﴿16﴾
أَفَلَا يَنظُرُونَ إِلَى ٱلْإِبِلِ كَيْفَ خُلِقَتْ ﴿17﴾
وَإِلَى ٱلسَّمَآءِ كَيْفَ رُفِعَتْ ﴿18﴾
وَإِلَى ٱلْجِبَالِ كَيْفَ نُصِبَتْ ﴿19﴾
وَإِلَى ٱلْأَرْضِ كَيْفَ سُطِحَتْ ﴿20﴾
فَذَكِّرْ إِنَّمَآ أَنتَ مُذَكِّرٌ ﴿21﴾
لَّسْتَ عَلَيْهِم بِمُصَيْطِرٍ ﴿22﴾
Əlixan Musayev
87:11 Ən bədbəxt kimsələr isə onu qulaqardına vurarlar.
87:12 O kimsə ki, Cəhənnəmə atılacaq,
87:13 O orada nə öləcək, nə də yaşaya biləcəkdir.
87:14 Günahlardan təmizlənən kimsə isə uğur qazanmışdır.
87:15 O kimsə ki, Rəbbinin adını xatırlayıb namaz qılmışdır.
87:16 Xeyr, siz dünya həyatını olduqca üstün tutursunuz;
87:17 Axirət isə daha xeyirli və daha sürəklidir.
87:18 Həqiqətən də bu, əvvəlki səhifələrdə bildirilmişdir –
87:19 İbrahimin və Musanın səhifələrində.
88:1 Aləmi Bürüyənin xəbəri sənə gəlib çatdımı?
88:2 O gün neçə-neçə üzlər zəlil olub yerə dikiləcək,
88:3 üzülüb əldən düşəcək,
88:4 çox qızmar oda girəcək,
88:5 qaynar çeşmədən içirdiləcəkdir.
88:6 Onlara daridən başqa bir yemək verilməyəcəkdir.
88:7 O onları nə doydurar, nə də aclıqdan xilas edər.
88:8 O gün neçəsinin üzündə fərəh görünəcək,
88:9 dünyadakı səylərindən məmnun qalacaq,
88:10 uca Cənnətdə olacaq,
88:11 orada faydasız söz eşitməyəcəkdir.
88:12 Orada axar çeşmələr vardır;
88:13 Orada hündür taxtlar,
88:14 düzülmüş piyalələr,
88:15 yan-yana qoyulmuş yastıqlar,
88:16 və döşəmələrə sərilmiş xalçalar vardır.
88:17 Məgər onlar dəvənin necə yaradıldığını görmürlər?
88:18 Göyün necə yüksəldiyini görmürlər?
88:19 Dağların necə sancıldığını görmürlər?
88:20 Yerin necə döşədildiyini görmürlər?
88:21 Onlara nəsihət ver! Sən yalnız nəsihətçisən.
88:22 Sən onların üstündə hökmdar deyilsən.