بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ وَٱلسَّمَآءِ وَٱلطَّارِقِ ﴿1﴾
وَمَآ أَدْرَىٰكَ مَا ٱلطَّارِقُ ﴿2﴾
ٱلنَّجْمُ ٱلثَّاقِبُ ﴿3﴾
إِن كُلُّ نَفْسٍ لَّمَّا عَلَيْهَا حَافِظٌ ﴿4﴾
فَلْيَنظُرِ ٱلْإِنسَـٰنُ مِمَّ خُلِقَ ﴿5﴾
خُلِقَ مِن مَّآءٍ دَافِقٍ ﴿6﴾
يَخْرُجُ مِنۢ بَيْنِ ٱلصُّلْبِ وَٱلتَّرَآئِبِ ﴿7﴾
إِنَّهُۥ عَلَىٰ رَجْعِهِۦ لَقَادِرٌ ﴿8﴾
يَوْمَ تُبْلَى ٱلسَّرَآئِرُ ﴿9﴾
فَمَا لَهُۥ مِن قُوَّةٍ وَلَا نَاصِرٍ ﴿10﴾
وَٱلسَّمَآءِ ذَاتِ ٱلرَّجْعِ ﴿11﴾
وَٱلْأَرْضِ ذَاتِ ٱلصَّدْعِ ﴿12﴾
إِنَّهُۥ لَقَوْلٌ فَصْلٌ ﴿13﴾
وَمَا هُوَ بِٱلْهَزْلِ ﴿14﴾
إِنَّهُمْ يَكِيدُونَ كَيْدًا ﴿15﴾
وَأَكِيدُ كَيْدًا ﴿16﴾
فَمَهِّلِ ٱلْكَـٰفِرِينَ أَمْهِلْهُمْ رُوَيْدًۢا ﴿17﴾
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ سَبِّحِ ٱسْمَ رَبِّكَ ٱلْأَعْلَى ﴿1﴾
ٱلَّذِى خَلَقَ فَسَوَّىٰ ﴿2﴾
وَٱلَّذِى قَدَّرَ فَهَدَىٰ ﴿3﴾
وَٱلَّذِىٓ أَخْرَجَ ٱلْمَرْعَىٰ ﴿4﴾
فَجَعَلَهُۥ غُثَآءً أَحْوَىٰ ﴿5﴾
سَنُقْرِئُكَ فَلَا تَنسَىٰٓ ﴿6﴾
إِلَّا مَا شَآءَ ٱللَّهُ ۚ إِنَّهُۥ يَعْلَمُ ٱلْجَهْرَ وَمَا يَخْفَىٰ ﴿7﴾
وَنُيَسِّرُكَ لِلْيُسْرَىٰ ﴿8﴾
فَذَكِّرْ إِن نَّفَعَتِ ٱلذِّكْرَىٰ ﴿9﴾
سَيَذَّكَّرُ مَن يَخْشَىٰ ﴿10﴾
Əlixan Musayev
86:1 And olsun səmaya və gecə yolçusuna!
86:2 Sən nə bilirsən ki, gecə yolçusu nədir?
86:3 Bu, qaranlıqları dəlib keçən ulduzdur.
86:4 Elə bir kimsə yoxdur ki, onun üzərində gözətçi olmasın!
86:5 Qoy insan nədən yaradıldığına bir baxsın!
86:6 O, süzülüb tökülən bir mayedən yaradılmışdır.
86:7 Bu maye bel və köks sümükləri arasından çıxır.
86:8 Şübhəsiz ki, Allah onu dirildib qaytarmağa qadirdir.
86:9 Sirlərin sınaqdan keçiriləcəyi gün,
86:10 onun nə bir qüvvəsi, nə də bir köməkçisi olar.
86:11 And olsun yağmurla qayıdan göyə!
86:12 And olsun növbənöv bitkilərlə yarılan yerə!
86:13 Həqiqətən, bu, haqqı batildən ayırd edən bir kəlamdır.
86:14 O, əyləncə də deyildir.
86:15 Həqiqətən, kafirlər hiylə qururlar.
86:16 Mən də hiylə qururam.
86:17 Kafirlərə hələ möhlət ver! Onlara bir az da möhlət ver.
87:1 Ən Uca Rəbbinin adına təriflər de!
87:2 O Rəbbin ki, hər şeyi yaradıb kamilləşdirdi;
87:3 O Rəbbin ki, hər şeyin müqəddəratını əzəldən müəyyən edərək yol göstərdi;
87:4 O Rəbbin ki, otlağı cücərtdi,
87:5 sonra da qaralmış samana çevirdi.
87:6 Biz sənə Quranı elə oxumaq imkanı verəcəyik ki, o, yadından çıxmayacaq.
87:7 Əlbəttə, Allahın istədiyindən başqa. Həqiqətən, O, aşkardakından da, gizli qalandan da xəbərdardır.
87:8 Səni ən asan olana müvəffəq edərik.
87:9 Xatırlatmanın fayda verdiyini görsən, onlara xatırlat!
87:10 Allahdan qorxanlar öyüd-nəsihət götürərlər.