Mushafuk
‹Mushafuk

سورة الفاتحة

1

ٱذْهَبْ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُۥ طَغَىٰ ﴿17﴾

فَقُلْ هَل لَّكَ إِلَىٰٓ أَن تَزَكَّىٰ ﴿18﴾

وَأَهْدِيَكَ إِلَىٰ رَبِّكَ فَتَخْشَىٰ ﴿19﴾

فَأَرَىٰهُ ٱلْـَٔايَةَ ٱلْكُبْرَىٰ ﴿20﴾

فَكَذَّبَ وَعَصَىٰ ﴿21﴾

ثُمَّ أَدْبَرَ يَسْعَىٰ ﴿22﴾

فَحَشَرَ فَنَادَىٰ ﴿23﴾

فَقَالَ أَنَا۠ رَبُّكُمُ ٱلْأَعْلَىٰ ﴿24﴾

فَأَخَذَهُ ٱللَّهُ نَكَالَ ٱلْـَٔاخِرَةِ وَٱلْأُولَىٰٓ ﴿25﴾

إِنَّ فِى ذَٰلِكَ لَعِبْرَةً لِّمَن يَخْشَىٰٓ ﴿26﴾

ءَأَنتُمْ أَشَدُّ خَلْقًا أَمِ ٱلسَّمَآءُ ۚ بَنَىٰهَا ﴿27﴾

رَفَعَ سَمْكَهَا فَسَوَّىٰهَا ﴿28﴾

وَأَغْطَشَ لَيْلَهَا وَأَخْرَجَ ضُحَىٰهَا ﴿29﴾

وَٱلْأَرْضَ بَعْدَ ذَٰلِكَ دَحَىٰهَآ ﴿30﴾

أَخْرَجَ مِنْهَا مَآءَهَا وَمَرْعَىٰهَا ﴿31﴾

وَٱلْجِبَالَ أَرْسَىٰهَا ﴿32﴾

مَتَـٰعًا لَّكُمْ وَلِأَنْعَـٰمِكُمْ ﴿33﴾

فَإِذَا جَآءَتِ ٱلطَّآمَّةُ ٱلْكُبْرَىٰ ﴿34﴾

يَوْمَ يَتَذَكَّرُ ٱلْإِنسَـٰنُ مَا سَعَىٰ ﴿35﴾

وَبُرِّزَتِ ٱلْجَحِيمُ لِمَن يَرَىٰ ﴿36﴾

فَأَمَّا مَن طَغَىٰ ﴿37﴾

وَءَاثَرَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا ﴿38﴾

فَإِنَّ ٱلْجَحِيمَ هِىَ ٱلْمَأْوَىٰ ﴿39﴾

وَأَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهِۦ وَنَهَى ٱلنَّفْسَ عَنِ ٱلْهَوَىٰ ﴿40﴾

فَإِنَّ ٱلْجَنَّةَ هِىَ ٱلْمَأْوَىٰ ﴿41﴾

يَسْـَٔلُونَكَ عَنِ ٱلسَّاعَةِ أَيَّانَ مُرْسَىٰهَا ﴿42﴾

فِيمَ أَنتَ مِن ذِكْرَىٰهَآ ﴿43﴾

إِلَىٰ رَبِّكَ مُنتَهَىٰهَآ ﴿44﴾

إِنَّمَآ أَنتَ مُنذِرُ مَن يَخْشَىٰهَا ﴿45﴾

كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَهَا لَمْ يَلْبَثُوٓا۟ إِلَّا عَشِيَّةً أَوْ ضُحَىٰهَا ﴿46﴾

Əlixan Musayev

79:17 “Fironun yanına yollan! O, həddini çox aşmışdır.

79:18 De: “Günahlardan xilas olmaq istəyirsənmi?

79:19 Səni Rəbbinə doğru yönəldimmi ki, Ondan qorxub çəkinəsən?”

79:20 Musa ən böyük möcüzəni Firona göstərdi.

79:21 O isə haqqı yalan sayıb üsyankar olduğunu göstərdi.

79:22 Sonra da üz döndərib fəsad törətməyə girişdi.

79:23 O, camaatını toplayıb onlara hündür səslə müraciət edərək

79:24 dedi: “Sizin ən uca rəbbiniz mənəm!”

79:25 Belə olduqda, Allah da onu dünya və Axirət əzabı ilə yaxaladı.

79:26 Həqiqətən, bunda Allahdan qorxanlardan ötrü işarə var.

79:27 Sizin yaradılışınız çətindir, yoxsa göyün? Allah onu qurdu,

79:28 onun qübbəsini yüksəltdi və düzəldib kamilləşdirdi,

79:29 gecəsini qaranlıq edib, səhərini də nurlandırdı.

79:30 Sonra yeri döşəyib,

79:31 onda su və otlaq yaratdı,

79:32 dağları da yerə bərkitdi.

79:33 Bunlar sizin və mal-qaranızın faydalanmasından ötrüdür.

79:34 Ən böyük fəlakətin gəldiyi zaman –

79:35 o gün insan törətdiklərini xatırlayacaqdır.

79:36 Cəhənnəm isə hər görmə qabiliyyətliyə göstəriləcəkdir.

79:37 Kim həddi aşmışsa,

79:38 dünya həyatını axirətdən üstün bilmişsə,

79:39 həqiqətən, Cəhənnəm onun sığınacağı olacaqdır.

79:40 Ancaq kim Rəbbinin hüzuruna gələcəyindən qorxmuş və nəfsinə ehtirası yasaq etmişsə,

79:41 həqiqətən, Cənnət onun məskəni olacaq.

79:42 Səndən o Saat barəsində: “O nə vaxt qopacaq?”– deyə soruşurlar.

79:43 Axı sən onu haradan biləsən?!

79:44 Onu kamil bilmək sənin Rəbbinə aiddir.

79:45 Sən yalnız ondan qorxanı xəbərdar edənsən.

79:46 Onlar Qiyaməti gördükləri an dünyada yalnız bir axşam çağı və yaxud bir gündüz qədər yaşadıqlarını güman edəcəklər!