Mushafuk
‹Mushafuk

سورة الفاتحة

1

إِنَّ لِلْمُتَّقِينَ مَفَازًا ﴿31﴾

حَدَآئِقَ وَأَعْنَـٰبًا ﴿32﴾

وَكَوَاعِبَ أَتْرَابًا ﴿33﴾

وَكَأْسًا دِهَاقًا ﴿34﴾

لَّا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا كِذَّٰبًا ﴿35﴾

جَزَآءً مِّن رَّبِّكَ عَطَآءً حِسَابًا ﴿36﴾

رَّبِّ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا ٱلرَّحْمَـٰنِ ۖ لَا يَمْلِكُونَ مِنْهُ خِطَابًا ﴿37﴾

يَوْمَ يَقُومُ ٱلرُّوحُ وَٱلْمَلَـٰٓئِكَةُ صَفًّا ۖ لَّا يَتَكَلَّمُونَ إِلَّا مَنْ أَذِنَ لَهُ ٱلرَّحْمَـٰنُ وَقَالَ صَوَابًا ﴿38﴾

ذَٰلِكَ ٱلْيَوْمُ ٱلْحَقُّ ۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ مَـَٔابًا ﴿39﴾

إِنَّآ أَنذَرْنَـٰكُمْ عَذَابًا قَرِيبًا يَوْمَ يَنظُرُ ٱلْمَرْءُ مَا قَدَّمَتْ يَدَاهُ وَيَقُولُ ٱلْكَافِرُ يَـٰلَيْتَنِى كُنتُ تُرَٰبًۢا ﴿40﴾

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ وَٱلنَّـٰزِعَـٰتِ غَرْقًا ﴿1﴾

وَٱلنَّـٰشِطَـٰتِ نَشْطًا ﴿2﴾

وَٱلسَّـٰبِحَـٰتِ سَبْحًا ﴿3﴾

فَٱلسَّـٰبِقَـٰتِ سَبْقًا ﴿4﴾

فَٱلْمُدَبِّرَٰتِ أَمْرًا ﴿5﴾

يَوْمَ تَرْجُفُ ٱلرَّاجِفَةُ ﴿6﴾

تَتْبَعُهَا ٱلرَّادِفَةُ ﴿7﴾

قُلُوبٌ يَوْمَئِذٍ وَاجِفَةٌ ﴿8﴾

أَبْصَـٰرُهَا خَـٰشِعَةٌ ﴿9﴾

يَقُولُونَ أَءِنَّا لَمَرْدُودُونَ فِى ٱلْحَافِرَةِ ﴿10﴾

أَءِذَا كُنَّا عِظَـٰمًا نَّخِرَةً ﴿11﴾

قَالُوا۟ تِلْكَ إِذًا كَرَّةٌ خَاسِرَةٌ ﴿12﴾

فَإِنَّمَا هِىَ زَجْرَةٌ وَٰحِدَةٌ ﴿13﴾

فَإِذَا هُم بِٱلسَّاهِرَةِ ﴿14﴾

هَلْ أَتَىٰكَ حَدِيثُ مُوسَىٰٓ ﴿15﴾

إِذْ نَادَىٰهُ رَبُّهُۥ بِٱلْوَادِ ٱلْمُقَدَّسِ طُوًى ﴿16﴾

Əlixan Musayev

78:31 Həqiqətən, müttəqilər üçün nicat yeri vardır.

78:32 Həmçinin bağlar və üzümlüklər,

78:33 dolğun döşlü həmyaşıd qızlar

78:34 və ləbələb doldurulmuş qədəhlər də vardır!

78:35 Onlar orada nə mənasız sözlər, nə də iftira eşidəcəklər.

78:36 Bunlar sənin Rəbbindən olan mükafatlar, artıqlaması ilə verilən töhfələrdir.

78:37 Göylərin, yerin və onların arasında olanların Mərhəmətli Rəbbindən mükafatdır. Onlar Allahın hüzurunda bir söz deməyə qadir olmayacaqlar.

78:38 Ruh (Cəbrail) və mələklər səf-səf duracağı gün, Mərhəmətli Allahın izin verdiyi kimsələrdən və doğru söz deyənlərdən başqa heç kəs danışmayacaq.

78:39 O gün, gerçək bir gündür. Kim istəsə öz Rəbbi yanında sığınacaq tapar!

78:40 Həqiqətən, Biz sizi yaxın əzab barədə xəbərdar etdik. O gün insan öz əlləri ilə nələr etdiyini görəcək, kafir isə deyəcəkdir: “Kaş mən torpaq olaydım!”

79:1 And olsun kafirlərin canını zorla alanlara!

79:2 And olsun möminlərin canını rahatlıqla alanlara!

79:3 And olsun göydə üzdükcə üzənlərə!

79:4 And olsun ötdükcə ötənlərə!

79:5 And olsun buyruqları yerinə yetirənlərə!

79:6 O gün lərzəyə gələn lərzələnəcək,

79:7 onun ardınca təkrar lərzələnəcək.

79:8 Həmən gün qəlblər qorxudan tir-tir əsəcək.

79:9 Bu qəlb sahiblərinin gözləri məzlum görkəm alacaq.

79:10 Onlar deyirlər: “Yəni biz yenidən bundan qabaqkı halımıza döndəriləcəyik?

79:11 Sümüklərimiz çürüdükdən sonra?”

79:12 Onlar dedilər: “Belə olduğu halda bu, zərərli bir qayıdışdır”.

79:13 O surun üfürülməsi təkcə qorxunc bir səsdir.

79:14 O vaxt onlar ləngimədən qəbirlərindən yerin səthinə çıxacaqlar.

79:15 Musanın hadisəsi sənə yetişdimi?

79:16 O zaman Rəbbi onu müqəddəs Tuva vadisində səsləyib demişdi: