أَلَمْ نَخْلُقكُّم مِّن مَّآءٍ مَّهِينٍ ﴿20﴾
فَجَعَلْنَـٰهُ فِى قَرَارٍ مَّكِينٍ ﴿21﴾
إِلَىٰ قَدَرٍ مَّعْلُومٍ ﴿22﴾
فَقَدَرْنَا فَنِعْمَ ٱلْقَـٰدِرُونَ ﴿23﴾
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ ﴿24﴾
أَلَمْ نَجْعَلِ ٱلْأَرْضَ كِفَاتًا ﴿25﴾
أَحْيَآءً وَأَمْوَٰتًا ﴿26﴾
وَجَعَلْنَا فِيهَا رَوَٰسِىَ شَـٰمِخَـٰتٍ وَأَسْقَيْنَـٰكُم مَّآءً فُرَاتًا ﴿27﴾
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ ﴿28﴾
ٱنطَلِقُوٓا۟ إِلَىٰ مَا كُنتُم بِهِۦ تُكَذِّبُونَ ﴿29﴾
ٱنطَلِقُوٓا۟ إِلَىٰ ظِلٍّ ذِى ثَلَـٰثِ شُعَبٍ ﴿30﴾
لَّا ظَلِيلٍ وَلَا يُغْنِى مِنَ ٱللَّهَبِ ﴿31﴾
إِنَّهَا تَرْمِى بِشَرَرٍ كَٱلْقَصْرِ ﴿32﴾
كَأَنَّهُۥ جِمَـٰلَتٌ صُفْرٌ ﴿33﴾
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ ﴿34﴾
هَـٰذَا يَوْمُ لَا يَنطِقُونَ ﴿35﴾
وَلَا يُؤْذَنُ لَهُمْ فَيَعْتَذِرُونَ ﴿36﴾
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ ﴿37﴾
هَـٰذَا يَوْمُ ٱلْفَصْلِ ۖ جَمَعْنَـٰكُمْ وَٱلْأَوَّلِينَ ﴿38﴾
فَإِن كَانَ لَكُمْ كَيْدٌ فَكِيدُونِ ﴿39﴾
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ ﴿40﴾
إِنَّ ٱلْمُتَّقِينَ فِى ظِلَـٰلٍ وَعُيُونٍ ﴿41﴾
وَفَوَٰكِهَ مِمَّا يَشْتَهُونَ ﴿42﴾
كُلُوا۟ وَٱشْرَبُوا۟ هَنِيٓـًٔۢا بِمَا كُنتُمْ تَعْمَلُونَ ﴿43﴾
إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ ﴿44﴾
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ ﴿45﴾
كُلُوا۟ وَتَمَتَّعُوا۟ قَلِيلًا إِنَّكُم مُّجْرِمُونَ ﴿46﴾
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ ﴿47﴾
وَإِذَا قِيلَ لَهُمُ ٱرْكَعُوا۟ لَا يَرْكَعُونَ ﴿48﴾
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ ﴿49﴾
فَبِأَىِّ حَدِيثٍۭ بَعْدَهُۥ يُؤْمِنُونَ ﴿50﴾
Əlixan Musayev
77:20 Məgər Biz sizi dəyərsiz bir sudan (nütfədən) xəlq etmədikmi?
77:21 Biz onu etibarlı bir yerdə yerləşdirmədikmi –
77:22 məlum bir vaxta kimi?
77:23 Biz nütfəni yaratmağa qadir olduq. Nə gözəl Qadir olanlarıq Biz!
77:24 Qiyaməti yalan sayanların o gün vay halına!
77:25 Məgər Biz yeri məskən etmədikmi –
77:26 dirilər və ölülərə?
77:27 Orada möhkəm dayanan uca dağlar yaratmadıqmı və sizə şirin sulardan içirtmədikmi?
77:28 Qiyaməti yalan sayanların o gün vay halına!
77:29 Onlara belə deyiləcək: “Gedin yalan hesab etdiyiniz Cəhənnəmə!
77:30 Üç qola ayrılan kölgəliyə gedin!”
77:31 Ora nə kölgə salır, nə də alovdan qoruyur.
77:32 Cəhənnəm hərəsi hündür imarət həcmində qığılcımlar püskürür.
77:33 Onlar sanki sarı dəvələrdir.
77:34 Qiyaməti yalan sayanların o gün vay halına!
77:35 Bu, günahkarların danışa bilməyəcəkləri bir gündür.
77:36 Onlara üzrxahlıq üçün izin belə verilməyəcəkdir.
77:37 Qiyaməti yalan sayanların o gün vay halına!
77:38 Bu gün, haqqı batildən ayırd etmə günüdür. Ey kafirlər! Biz həm sizi, həm də əvvəlkiləri bir yerə cəm etdik!
77:39 Əgər hiyləniz varsa, Mənə qarşı işlədin!
77:40 Qiyaməti yalan sayanların o gün vay halına!
77:41 Şübhəsiz ki, müttəqilər kölgəliklərdə, çeşmələr başında
77:42 və istədikləri meyvələr içində olacaqlar.
77:43 Onlara deyiləcək: “Xeyirxah əməllərinizə görə nuşcanlıqla yeyin-için!
77:44 Şübhəsiz ki, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!”
77:45 Qiyaməti yalan sayanların o gün vay halına!
77:46 Kafirlərə deyiləcək: “Yeyin və bir az əylənin! Həqiqətən, siz günahkarlarsınız!
77:47 O gün Qiyaməti yalan sayanların vay halına!
77:48 Onlara: “Rüku edin!”– deyildiyi zaman rüku etməzlər.
77:49 O gün haqqı yalan sayanların vay halına!
77:50 Onlar bu Qurandan sonra hansı sözə inanacaqlar?