وَمِنَ ٱلَّيْلِ فَٱسْجُدْ لَهُۥ وَسَبِّحْهُ لَيْلًا طَوِيلًا ﴿26﴾
إِنَّ هَـٰٓؤُلَآءِ يُحِبُّونَ ٱلْعَاجِلَةَ وَيَذَرُونَ وَرَآءَهُمْ يَوْمًا ثَقِيلًا ﴿27﴾
نَّحْنُ خَلَقْنَـٰهُمْ وَشَدَدْنَآ أَسْرَهُمْ ۖ وَإِذَا شِئْنَا بَدَّلْنَآ أَمْثَـٰلَهُمْ تَبْدِيلًا ﴿28﴾
إِنَّ هَـٰذِهِۦ تَذْكِرَةٌ ۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ سَبِيلًا ﴿29﴾
وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ ۚ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا ﴿30﴾
يُدْخِلُ مَن يَشَآءُ فِى رَحْمَتِهِۦ ۚ وَٱلظَّـٰلِمِينَ أَعَدَّ لَهُمْ عَذَابًا أَلِيمًۢا ﴿31﴾
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ وَٱلْمُرْسَلَـٰتِ عُرْفًا ﴿1﴾
فَٱلْعَـٰصِفَـٰتِ عَصْفًا ﴿2﴾
وَٱلنَّـٰشِرَٰتِ نَشْرًا ﴿3﴾
فَٱلْفَـٰرِقَـٰتِ فَرْقًا ﴿4﴾
فَٱلْمُلْقِيَـٰتِ ذِكْرًا ﴿5﴾
عُذْرًا أَوْ نُذْرًا ﴿6﴾
إِنَّمَا تُوعَدُونَ لَوَٰقِعٌ ﴿7﴾
فَإِذَا ٱلنُّجُومُ طُمِسَتْ ﴿8﴾
وَإِذَا ٱلسَّمَآءُ فُرِجَتْ ﴿9﴾
وَإِذَا ٱلْجِبَالُ نُسِفَتْ ﴿10﴾
وَإِذَا ٱلرُّسُلُ أُقِّتَتْ ﴿11﴾
لِأَىِّ يَوْمٍ أُجِّلَتْ ﴿12﴾
لِيَوْمِ ٱلْفَصْلِ ﴿13﴾
وَمَآ أَدْرَىٰكَ مَا يَوْمُ ٱلْفَصْلِ ﴿14﴾
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ ﴿15﴾
أَلَمْ نُهْلِكِ ٱلْأَوَّلِينَ ﴿16﴾
ثُمَّ نُتْبِعُهُمُ ٱلْـَٔاخِرِينَ ﴿17﴾
كَذَٰلِكَ نَفْعَلُ بِٱلْمُجْرِمِينَ ﴿18﴾
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ ﴿19﴾
Əlixan Musayev
76:26 Gecənin bir hissəsində Ona səcdə et və gecədə uzun müddət Onun şəninə təriflər de!
76:27 Əsl həqiqətdə, bunlar ötəri dünyanı üstün tutaraq qarşılarındakı ağır günü görməməzliyə vururlar.
76:28 Biz onları yaratdıq və xilqətini möhkəmlətdik. Əgər istəsək, onları özlərinə bənzərləri ilə dəyişdirərik.
76:29 Həqiqətən, bu bir ibrətdir. İstəyən, Rəbbinə doğru aparan bir yol tutar.
76:30 Amma Allah istəməyincə, siz istəyə bilməzsiniz! Həqiqətən, Allah Biləndir, Müdrikdir!
76:31 O, istədiyini Öz mərhəmətinə qovuşdurar. Zalımlara isə, O, ağrılı-acılı əzab hazırlamışdır.
77:1 And olsun xeyirlə göndərilənlərə
77:2 və şiddətlə əsənlərə!
77:3 And olsun Allahın əmrini yaydıqca yayanlara,
77:4 haqqı nahaqdan ayırdıqca ayıranlara
77:5 və zikri çatdıranlara –
77:6 üzr diləmək və ya qorxutmaq üçün çatdıranlara!
77:7 Sizə vəd edilmiş Qiyamət mütləq vaqe olacaqdır.
77:8 Ulduzlar sönəcəyi zaman;
77:9 Göy yarılacağı zaman;
77:10 Dağlar dağılacağı zaman;
77:11 Elçilərə vaxt təyin olunacağı zaman –
77:12 deyiləcəkdir: “Bunlara verilmiş möhlət hansı günə qədərdir?”
77:13 Deyiləcəkdir: “Ayırd etmə gününədək!”
77:14 Sən ayırd etmə gününün nə olduğunu bilirsənmi?
77:15 Qiyaməti yalan sayanların o Gün vay halına!
77:16 Yoxsa Biz ilk nəsilləri həlak etmədikmi?!
77:17 Sonrakıları da onlara qatacağıq.
77:18 Biz günah sahibləri ilə belə davranırıq.
77:19 Qiyaməti yalan sayanların o gün vay halına!