كَلَّا بَلْ تُحِبُّونَ ٱلْعَاجِلَةَ ﴿20﴾
وَتَذَرُونَ ٱلْـَٔاخِرَةَ ﴿21﴾
وُجُوهٌ يَوْمَئِذٍ نَّاضِرَةٌ ﴿22﴾
إِلَىٰ رَبِّهَا نَاظِرَةٌ ﴿23﴾
وَوُجُوهٌ يَوْمَئِذٍۭ بَاسِرَةٌ ﴿24﴾
تَظُنُّ أَن يُفْعَلَ بِهَا فَاقِرَةٌ ﴿25﴾
كَلَّآ إِذَا بَلَغَتِ ٱلتَّرَاقِىَ ﴿26﴾
وَقِيلَ مَنْ ۜ رَاقٍ ﴿27﴾
وَظَنَّ أَنَّهُ ٱلْفِرَاقُ ﴿28﴾
وَٱلْتَفَّتِ ٱلسَّاقُ بِٱلسَّاقِ ﴿29﴾
إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ ٱلْمَسَاقُ ﴿30﴾
فَلَا صَدَّقَ وَلَا صَلَّىٰ ﴿31﴾
وَلَـٰكِن كَذَّبَ وَتَوَلَّىٰ ﴿32﴾
ثُمَّ ذَهَبَ إِلَىٰٓ أَهْلِهِۦ يَتَمَطَّىٰٓ ﴿33﴾
أَوْلَىٰ لَكَ فَأَوْلَىٰ ﴿34﴾
ثُمَّ أَوْلَىٰ لَكَ فَأَوْلَىٰٓ ﴿35﴾
أَيَحْسَبُ ٱلْإِنسَـٰنُ أَن يُتْرَكَ سُدًى ﴿36﴾
أَلَمْ يَكُ نُطْفَةً مِّن مَّنِىٍّ يُمْنَىٰ ﴿37﴾
ثُمَّ كَانَ عَلَقَةً فَخَلَقَ فَسَوَّىٰ ﴿38﴾
فَجَعَلَ مِنْهُ ٱلزَّوْجَيْنِ ٱلذَّكَرَ وَٱلْأُنثَىٰٓ ﴿39﴾
أَلَيْسَ ذَٰلِكَ بِقَـٰدِرٍ عَلَىٰٓ أَن يُحْـِۧىَ ٱلْمَوْتَىٰ ﴿40﴾
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ هَلْ أَتَىٰ عَلَى ٱلْإِنسَـٰنِ حِينٌ مِّنَ ٱلدَّهْرِ لَمْ يَكُن شَيْـًٔا مَّذْكُورًا ﴿1﴾
إِنَّا خَلَقْنَا ٱلْإِنسَـٰنَ مِن نُّطْفَةٍ أَمْشَاجٍ نَّبْتَلِيهِ فَجَعَلْنَـٰهُ سَمِيعًۢا بَصِيرًا ﴿2﴾
إِنَّا هَدَيْنَـٰهُ ٱلسَّبِيلَ إِمَّا شَاكِرًا وَإِمَّا كَفُورًا ﴿3﴾
إِنَّآ أَعْتَدْنَا لِلْكَـٰفِرِينَ سَلَـٰسِلَا۟ وَأَغْلَـٰلًا وَسَعِيرًا ﴿4﴾
إِنَّ ٱلْأَبْرَارَ يَشْرَبُونَ مِن كَأْسٍ كَانَ مِزَاجُهَا كَافُورًا ﴿5﴾
Əlixan Musayev
75:20 Xeyr! Əksinə, siz tez ötüb keçən fani dünyanı sevir,
75:21 Axirətdən isə uzaqlaşırsınız.
75:22 O gün neçə-neçə üzlər nurlanacaq
75:23 və öz Rəbbinə baxacaqdır.
75:24 O gün neçə-neçə üzlər də tutulub qaralacaq,
75:25 və yəqin edəcək ki, onlara müsibət artıq üz vermişdir.
75:26 Xeyr, o ruh körpücük sümüklərinə yetişəcəyi zaman;
75:27 “Ovsunu kim oxuyacaq?”– deyiləcəkdir.
75:28 Can verən adam dünya həyatından ayrıldığını yəqin edəcəyi,
75:29 və ayaq ayağa dolaşacağı zaman –
75:30 o gün hər kəs Rəbbinin hüzuruna gətiriləcəkdir.
75:31 O kafir nə Quranı təsdiq etdi, nə də namaz qıldı.
75:32 Haqqı da yalan saydı və üz döndərdi.
75:33 Sonra da lovğa-lovğa öz ailəsinin yanına getdi.
75:34 Vay sənin halına, vay!
75:35 Yenə də vay sənin halına, vay!
75:36 Bəlkə insan özbaşına qoyulacağını güman edir?
75:37 Məgər o, kişi toxumundan axıdılan bir damla nütfə deyildimi?
75:38 Sonra laxtalanmış qan oldu. Allah onu yaradıb kamil bir görkəmə saldı.
75:39 Ondan da bir cüt kişi və qadın yaratdı.
75:40 Məgər O, ölüləri diriltməyə qadir deyil?
76:1 Doğrudanmı insanın heç kimə məlum olmadığı bir dövr hələ də ötüb keçməmişdir?
76:2 İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik.
76:3 Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun.
76:4 Doğrudan da, kafirlərdən ötrü zəncirlər, buxovlar və alovsaçan od hazırlamışıq.
76:5 Sözsüz ki, itaətkarlar kafur qatılmış şərabla dolu badələrdən nuş edəcəklər.