إِنَّ رَبَّكَ يَعْلَمُ أَنَّكَ تَقُومُ أَدْنَىٰ مِن ثُلُثَىِ ٱلَّيْلِ وَنِصْفَهُۥ وَثُلُثَهُۥ وَطَآئِفَةٌ مِّنَ ٱلَّذِينَ مَعَكَ ۚ وَٱللَّهُ يُقَدِّرُ ٱلَّيْلَ وَٱلنَّهَارَ ۚ عَلِمَ أَن لَّن تُحْصُوهُ فَتَابَ عَلَيْكُمْ ۖ فَٱقْرَءُوا۟ مَا تَيَسَّرَ مِنَ ٱلْقُرْءَانِ ۚ عَلِمَ أَن سَيَكُونُ مِنكُم مَّرْضَىٰ ۙ وَءَاخَرُونَ يَضْرِبُونَ فِى ٱلْأَرْضِ يَبْتَغُونَ مِن فَضْلِ ٱللَّهِ ۙ وَءَاخَرُونَ يُقَـٰتِلُونَ فِى سَبِيلِ ٱللَّهِ ۖ فَٱقْرَءُوا۟ مَا تَيَسَّرَ مِنْهُ ۚ وَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتُوا۟ ٱلزَّكَوٰةَ وَأَقْرِضُوا۟ ٱللَّهَ قَرْضًا حَسَنًا ۚ وَمَا تُقَدِّمُوا۟ لِأَنفُسِكُم مِّنْ خَيْرٍ تَجِدُوهُ عِندَ ٱللَّهِ هُوَ خَيْرًا وَأَعْظَمَ أَجْرًا ۚ وَٱسْتَغْفِرُوا۟ ٱللَّهَ ۖ إِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌۢ ﴿20﴾
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ يَـٰٓأَيُّهَا ٱلْمُدَّثِّرُ ﴿1﴾
قُمْ فَأَنذِرْ ﴿2﴾
وَرَبَّكَ فَكَبِّرْ ﴿3﴾
وَثِيَابَكَ فَطَهِّرْ ﴿4﴾
وَٱلرُّجْزَ فَٱهْجُرْ ﴿5﴾
وَلَا تَمْنُن تَسْتَكْثِرُ ﴿6﴾
وَلِرَبِّكَ فَٱصْبِرْ ﴿7﴾
فَإِذَا نُقِرَ فِى ٱلنَّاقُورِ ﴿8﴾
فَذَٰلِكَ يَوْمَئِذٍ يَوْمٌ عَسِيرٌ ﴿9﴾
عَلَى ٱلْكَـٰفِرِينَ غَيْرُ يَسِيرٍ ﴿10﴾
ذَرْنِى وَمَنْ خَلَقْتُ وَحِيدًا ﴿11﴾
وَجَعَلْتُ لَهُۥ مَالًا مَّمْدُودًا ﴿12﴾
وَبَنِينَ شُهُودًا ﴿13﴾
وَمَهَّدتُّ لَهُۥ تَمْهِيدًا ﴿14﴾
ثُمَّ يَطْمَعُ أَنْ أَزِيدَ ﴿15﴾
كَلَّآ ۖ إِنَّهُۥ كَانَ لِـَٔايَـٰتِنَا عَنِيدًا ﴿16﴾
سَأُرْهِقُهُۥ صَعُودًا ﴿17﴾
إِنَّهُۥ فَكَّرَ وَقَدَّرَ ﴿18﴾
Əlixan Musayev
73:20 Həqiqətən, Rəbbin bilir ki, sən və səninlə olan insanların bir qismi bəzən gecənin üçdə ikisindən az, bəzən yarısını, bəzən də üçdə birini ibadət üçün durursunuz. Gecə və gündüzü Allah ölçüb müəyyənləşdirir. O, sizin bunları hesablamaqda çətinlik çəkəcəyinizi nəzərə alaraq, tövbələrinizi qəbul etdi. Elə isə namaz qılarkən Qurandan sizə asan gələni oxuyun! O bilir ki, bəziləriniz xəstə olacaq, digərləriniz Allahın mərhəmətindən ruzi əldə etmək məqsədilə müxtəlif yerlərə səfərə çıxacaq, bir qisminiz də Allah yolunda vuruşacaqdır. Buna görə namaz qılarkən Qurandan sizə asan olanı oxuyun! Namaz qılın, zəkatınızı ödəyin və Allaha gözəl bir borc verin. Bu dünyada qabaqcadan özünüzə hansı xeyirli əməlləri tədarük etsəniz, Allah yanında onun daha xeyirlisi ilə və daha böyük mükafatla əvəz olunduğunu görəcəksiniz. Elə isə Allahdan sizi əfv etməsini istəyin! Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir!
74:1 Ey libasına bürünüb örtünmüş peyğəmbər!
74:2 Qalx və insanları xəbərdar et!
74:3 Təkcə Rəbbini uca tut!
74:4 Geyimini təmiz saxla!
74:5 Pis şeyləri tərk et!
74:6 Yaxşılığı təmənna məqsədilə etmə!
74:7 Rəbbin üçün səbir et!
74:8 Sur üfürülərkən –
74:9 Çətin bir gün olacaq.
74:10 Həmin gün kafirlərə asan olmayacaqdır.
74:11 Məni yaratdığım kimsə ilə tək burax;
74:12 Mən ona bolluca var-dövlət bağışladım,
74:13 qayğısına qalan oğullar verdim
74:14 və onu hər cür imkanlarla təmin etdim.
74:15 Bunlara baxmayaraq, o, yenə də əlavə etməyimi arzulayır.
74:16 Xeyr! Çünki o, ayələrimizi inadla inkar edir.
74:17 Mən onu sərt bir yoxuşa sürükləyəcəyəm.
74:18 Çünki o, fikirləşərək qərara gəldi.