Mushafuk
‹Mushafuk

سورة الفاتحة

1

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ يَـٰٓأَيُّهَا ٱلْمُزَّمِّلُ ﴿1﴾

قُمِ ٱلَّيْلَ إِلَّا قَلِيلًا ﴿2﴾

نِّصْفَهُۥٓ أَوِ ٱنقُصْ مِنْهُ قَلِيلًا ﴿3﴾

أَوْ زِدْ عَلَيْهِ وَرَتِّلِ ٱلْقُرْءَانَ تَرْتِيلًا ﴿4﴾

إِنَّا سَنُلْقِى عَلَيْكَ قَوْلًا ثَقِيلًا ﴿5﴾

إِنَّ نَاشِئَةَ ٱلَّيْلِ هِىَ أَشَدُّ وَطْـًٔا وَأَقْوَمُ قِيلًا ﴿6﴾

إِنَّ لَكَ فِى ٱلنَّهَارِ سَبْحًا طَوِيلًا ﴿7﴾

وَٱذْكُرِ ٱسْمَ رَبِّكَ وَتَبَتَّلْ إِلَيْهِ تَبْتِيلًا ﴿8﴾

رَّبُّ ٱلْمَشْرِقِ وَٱلْمَغْرِبِ لَآ إِلَـٰهَ إِلَّا هُوَ فَٱتَّخِذْهُ وَكِيلًا ﴿9﴾

وَٱصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَٱهْجُرْهُمْ هَجْرًا جَمِيلًا ﴿10﴾

وَذَرْنِى وَٱلْمُكَذِّبِينَ أُو۟لِى ٱلنَّعْمَةِ وَمَهِّلْهُمْ قَلِيلًا ﴿11﴾

إِنَّ لَدَيْنَآ أَنكَالًا وَجَحِيمًا ﴿12﴾

وَطَعَامًا ذَا غُصَّةٍ وَعَذَابًا أَلِيمًا ﴿13﴾

يَوْمَ تَرْجُفُ ٱلْأَرْضُ وَٱلْجِبَالُ وَكَانَتِ ٱلْجِبَالُ كَثِيبًا مَّهِيلًا ﴿14﴾

إِنَّآ أَرْسَلْنَآ إِلَيْكُمْ رَسُولًا شَـٰهِدًا عَلَيْكُمْ كَمَآ أَرْسَلْنَآ إِلَىٰ فِرْعَوْنَ رَسُولًا ﴿15﴾

فَعَصَىٰ فِرْعَوْنُ ٱلرَّسُولَ فَأَخَذْنَـٰهُ أَخْذًا وَبِيلًا ﴿16﴾

فَكَيْفَ تَتَّقُونَ إِن كَفَرْتُمْ يَوْمًا يَجْعَلُ ٱلْوِلْدَٰنَ شِيبًا ﴿17﴾

ٱلسَّمَآءُ مُنفَطِرٌۢ بِهِۦ ۚ كَانَ وَعْدُهُۥ مَفْعُولًا ﴿18﴾

إِنَّ هَـٰذِهِۦ تَذْكِرَةٌ ۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ سَبِيلًا ﴿19﴾

Əlixan Musayev

73:1 Ey libasına bürünüb örtünmüş peyğəmbər!

73:2 Az bir hissəsi istisna olmaqla gecələr namaza dur!

73:3 Onun yarısını, yaxud ondan bir az əskilt,

73:4 və ya ona artır. Quranı da aramla oxu!

73:5 Həqiqətən Biz sənə ağır bir Söz (Quran) vəhy edəcəyik.

73:6 Sözsüz ki, gecə qalxmaq çox çətin və Quran oxumaq daha münasibdir.

73:7 Şübhəsiz ki, gündüz sənin üçün uzun-uzadı işlər vardır.

73:8 Rəbbinin adını zikr et və özünü tamamilə Ona həsr et!

73:9 O, məşriqin və məğribin Rəbbidir. Ondan başqa məbud yoxdur. Elə isə Onu özünə Himayəçi götür!

73:10 Müşriklərin dediklərinə səbir et və onlardan xoşluqla uzaqlaş.

73:11 Məni, ayələrimi yalan sayan var-dövlət sahibləri ilə tək burax və onlara bir az möhlət ver.

73:12 Həqiqətən, Bizdə onlar üçün qandallar və Cəhənnəm hazırlanmışdır,

73:13 boğazda tıxanıb keçməyən yemək və ağrılı-acılı bir əzab da vardır.

73:14 O gün yer və dağlar titrəyəcək, dağlar səpələnən qum təpəsinə dönəcəkdir.

73:15 Həqiqətən, Biz Firona elçi göndərdiyimiz kimi sizə də şahidlik edəcək elçi göndərdik.

73:16 Firon elçiyə asi oldu. Biz də onu şiddətli bir əzabla yaxaladıq.

73:17 Əgər küfr etsəniz, uşaqların saçlarının ağaracağı gündən necə yaxa qurtaracaqsınız?

73:18 O gün göy parçalanacaq. Allahın vədi mütləq yerinə yetəcəkdir.

73:19 Həqiqətən, bu, bir nəsihətdir. Kim istəsə, Rəbbinə tərəf yönələr.