Mushafuk
‹Mushafuk

سورة الفاتحة

1

يُبَصَّرُونَهُمْ ۚ يَوَدُّ ٱلْمُجْرِمُ لَوْ يَفْتَدِى مِنْ عَذَابِ يَوْمِئِذٍۭ بِبَنِيهِ ﴿11﴾

وَصَـٰحِبَتِهِۦ وَأَخِيهِ ﴿12﴾

وَفَصِيلَتِهِ ٱلَّتِى تُـْٔوِيهِ ﴿13﴾

وَمَن فِى ٱلْأَرْضِ جَمِيعًا ثُمَّ يُنجِيهِ ﴿14﴾

كَلَّآ ۖ إِنَّهَا لَظَىٰ ﴿15﴾

نَزَّاعَةً لِّلشَّوَىٰ ﴿16﴾

تَدْعُوا۟ مَنْ أَدْبَرَ وَتَوَلَّىٰ ﴿17﴾

وَجَمَعَ فَأَوْعَىٰٓ ﴿18﴾

إِنَّ ٱلْإِنسَـٰنَ خُلِقَ هَلُوعًا ﴿19﴾

إِذَا مَسَّهُ ٱلشَّرُّ جَزُوعًا ﴿20﴾

وَإِذَا مَسَّهُ ٱلْخَيْرُ مَنُوعًا ﴿21﴾

إِلَّا ٱلْمُصَلِّينَ ﴿22﴾

ٱلَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ دَآئِمُونَ ﴿23﴾

وَٱلَّذِينَ فِىٓ أَمْوَٰلِهِمْ حَقٌّ مَّعْلُومٌ ﴿24﴾

لِّلسَّآئِلِ وَٱلْمَحْرُومِ ﴿25﴾

وَٱلَّذِينَ يُصَدِّقُونَ بِيَوْمِ ٱلدِّينِ ﴿26﴾

وَٱلَّذِينَ هُم مِّنْ عَذَابِ رَبِّهِم مُّشْفِقُونَ ﴿27﴾

إِنَّ عَذَابَ رَبِّهِمْ غَيْرُ مَأْمُونٍ ﴿28﴾

وَٱلَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَـٰفِظُونَ ﴿29﴾

إِلَّا عَلَىٰٓ أَزْوَٰجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَـٰنُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ ﴿30﴾

فَمَنِ ٱبْتَغَىٰ وَرَآءَ ذَٰلِكَ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْعَادُونَ ﴿31﴾

وَٱلَّذِينَ هُمْ لِأَمَـٰنَـٰتِهِمْ وَعَهْدِهِمْ رَٰعُونَ ﴿32﴾

وَٱلَّذِينَ هُم بِشَهَـٰدَٰتِهِمْ قَآئِمُونَ ﴿33﴾

وَٱلَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ يُحَافِظُونَ ﴿34﴾

أُو۟لَـٰٓئِكَ فِى جَنَّـٰتٍ مُّكْرَمُونَ ﴿35﴾

فَمَالِ ٱلَّذِينَ كَفَرُوا۟ قِبَلَكَ مُهْطِعِينَ ﴿36﴾

عَنِ ٱلْيَمِينِ وَعَنِ ٱلشِّمَالِ عِزِينَ ﴿37﴾

أَيَطْمَعُ كُلُّ ٱمْرِئٍ مِّنْهُمْ أَن يُدْخَلَ جَنَّةَ نَعِيمٍ ﴿38﴾

كَلَّآ ۖ إِنَّا خَلَقْنَـٰهُم مِّمَّا يَعْلَمُونَ ﴿39﴾

فَلَآ أُقْسِمُ بِرَبِّ ٱلْمَشَـٰرِقِ وَٱلْمَغَـٰرِبِ إِنَّا لَقَـٰدِرُونَ ﴿40﴾

Əlixan Musayev

70:11 Halbuki onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını,

70:12 həyat yoldaşını və qardaşını,

70:13 ona sığınacaq vermiş nəslini

70:14 və yer üzündə olanların hamısını – təki bu onu xilas etsin.

70:15 Xeyr! Bu, alovu şölələnən Oddur –

70:16 başın dərisini sıyırıb çıxaran bir od.

70:17 O od çağırır haqqa arxa çevirəni, ondan üz döndərəni

70:18 və mal-dövlət yığıb saxlayanı.

70:19 Həqiqətən, insan kəmhövsələ yaradılmışdır.

70:20 Ona bir pislik toxunduqda özündən çıxır,

70:21 bir xeyir nəsib olduqda isə xəsislik edir.

70:22 Namaz qılanlar istisnadır.

70:23 O kəslər ki, namazlarını həmişə qılırlar.

70:24 O kəslər ki, onların mallarında məlum bir haqq vardır-

70:25 dilənən və həya edib dilənməyən miskinlər üçün.

70:26 O kəslər ki, Haqq-hesab gününü təsdiq edirlər.

70:27 O kəslər ki, Rəbbinin əzabından qorxurlar.

70:28 Axı Rəbbinin əzabı onlar üçün də təhlükəsiz deyil.

70:29 O kəslər ki, tənasül üzvlərini zinadan qoruyurlar –

70:30 zövcələrindən və sahib olduqları cariyələrdən başqa. Buna görə onlar əsla qınanmazlar.

70:31 Bundan artığını istəyənlər isə həddi aşanlardır.

70:32 O kəslər ki, əmanəti danmır və əhdlərini pozmurlar.

70:33 O kəslər ki, şahidliklərində mətindirlər.

70:34 Bir də o kəslər ki, namazlarını dəqiqliklə qılırlar.

70:35 Cənnət bağlarında hörmət göstəriləcək insanlar da elə onlar olacaqdır.

70:36 Sənə doğru tələsən kafirlərə nə olub belə –

70:37 sağdan-soldan dəstələrlə ətrafına yığışırlar?

70:38 Deyəsən onların hamısı Nəim cənnətinə bir təhər girə biləcəklərini düşünürlər?

70:39 Xeyr! Bu mümkün deyil! Biz onları bildikləri şeydən xəlq etmişik.

70:40 And içirəm məşriqlərin və məğriblərin Rəbbinə! Biz doğrudan da, elə bir qüdrətə malikik ki, –