وَلَا طَعَامٌ إِلَّا مِنْ غِسْلِينٍ ﴿36﴾
لَّا يَأْكُلُهُۥٓ إِلَّا ٱلْخَـٰطِـُٔونَ ﴿37﴾
فَلَآ أُقْسِمُ بِمَا تُبْصِرُونَ ﴿38﴾
وَمَا لَا تُبْصِرُونَ ﴿39﴾
إِنَّهُۥ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ ﴿40﴾
وَمَا هُوَ بِقَوْلِ شَاعِرٍ ۚ قَلِيلًا مَّا تُؤْمِنُونَ ﴿41﴾
وَلَا بِقَوْلِ كَاهِنٍ ۚ قَلِيلًا مَّا تَذَكَّرُونَ ﴿42﴾
تَنزِيلٌ مِّن رَّبِّ ٱلْعَـٰلَمِينَ ﴿43﴾
وَلَوْ تَقَوَّلَ عَلَيْنَا بَعْضَ ٱلْأَقَاوِيلِ ﴿44﴾
لَأَخَذْنَا مِنْهُ بِٱلْيَمِينِ ﴿45﴾
ثُمَّ لَقَطَعْنَا مِنْهُ ٱلْوَتِينَ ﴿46﴾
فَمَا مِنكُم مِّنْ أَحَدٍ عَنْهُ حَـٰجِزِينَ ﴿47﴾
وَإِنَّهُۥ لَتَذْكِرَةٌ لِّلْمُتَّقِينَ ﴿48﴾
وَإِنَّا لَنَعْلَمُ أَنَّ مِنكُم مُّكَذِّبِينَ ﴿49﴾
وَإِنَّهُۥ لَحَسْرَةٌ عَلَى ٱلْكَـٰفِرِينَ ﴿50﴾
وَإِنَّهُۥ لَحَقُّ ٱلْيَقِينِ ﴿51﴾
فَسَبِّحْ بِٱسْمِ رَبِّكَ ٱلْعَظِيمِ ﴿52﴾
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ سَأَلَ سَآئِلٌۢ بِعَذَابٍ وَاقِعٍ ﴿1﴾
لِّلْكَـٰفِرِينَ لَيْسَ لَهُۥ دَافِعٌ ﴿2﴾
مِّنَ ٱللَّهِ ذِى ٱلْمَعَارِجِ ﴿3﴾
تَعْرُجُ ٱلْمَلَـٰٓئِكَةُ وَٱلرُّوحُ إِلَيْهِ فِى يَوْمٍ كَانَ مِقْدَارُهُۥ خَمْسِينَ أَلْفَ سَنَةٍ ﴿4﴾
فَٱصْبِرْ صَبْرًا جَمِيلًا ﴿5﴾
إِنَّهُمْ يَرَوْنَهُۥ بَعِيدًا ﴿6﴾
وَنَرَىٰهُ قَرِيبًا ﴿7﴾
يَوْمَ تَكُونُ ٱلسَّمَآءُ كَٱلْمُهْلِ ﴿8﴾
وَتَكُونُ ٱلْجِبَالُ كَٱلْعِهْنِ ﴿9﴾
وَلَا يَسْـَٔلُ حَمِيمٌ حَمِيمًا ﴿10﴾
Əlixan Musayev
69:36 Qanlı irindən başqa yeməyi də yoxdur.
69:37 Onu ancaq günahkarlar yeyər”.
69:38 And içirəm həm gördüklərinizə
69:39 və həm də görmədiklərinizə!
69:40 Bu, möhtərəm bir Elçinin sözüdür.
69:41 O, şair sözü deyildir! Necə də az inanırsınız!
69:42 O, kahin sözü də deyildir! Necə də az düşünürsünüz!
69:43 O, aləmlərin Rəbbi tərəfindən vəhy edilmişdir!
69:44 Əgər Muhəmməd bəzi sözləri özündən uydurub Bizə aid etsəydi,
69:45 Biz onu sağ əlindən yaxalayar,
69:46 sonra da şah damarını kəsərdik.
69:47 İçərinizdən heç kəs buna mane ola bilməzdi.
69:48 Həqiqətən, bu Quran müttəqilər üçün bir nəsihətdir.
69:49 Aranızdan Quranı yalan sayanlar olduğunu da bilirik!
69:50 Həqiqətən, bu, kafirlər üçün bir peşmançılıqdır.
69:51 Sözsüz ki, bu Quran əsl həqiqətdir.
69:52 Elə isə Böyük Rəbbinin adına təriflər de!
70:1 İstəyən kimsə baş verəcək əzabı istədi –
70:2 bunu kafirlər üçün dilədi. O əzabın qarşısını alan tapılmayacaq.
70:3 O, dərəcələr sahibi olan Allahdandır.
70:4 Mələklər və Ruh (Cəbrail) Ona doğru sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar.
70:5 Sən təmkinlə səbir et!
70:6 Doğrusu, kafirlər o əzabın uzaq olduğunu güman edirlər.
70:7 Biz isə onun yaxın olduğunu görürük.
70:8 O gün göy əridilmiş metal kimi olacaqdır.
70:9 Dağlar da didilmiş yuna bənzəyəcəklər.
70:10 Dost dostunun halını xəbər almayacaq.